Xalidə Şərifova — aktrisa.
Xalidə Şərifova | |
---|---|
Xalidə Xəlil qızı Şərifova | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Şərifova Xalidə Xəlil qızı 8 aprel 1959-cu ildə Şamaxıda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakultəsini bitirmişdir. O, 1973-cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlamış və teatrın səhnəsində S.Vurğun "Fərhad və Şirin"də Şirin, "Vaqif" də Gülnar, C.Məmmədquluzadə "Ölülər"də Nazlı, H.Cavid "Topal Teymur" da Olqa, və s.obrazlar yaratmışdır.
Şərifova Xalidə 1994-cü ildən 2001-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışmışdır. O, teatrın səhnəsində N.Hacızadə "Məhəbbət yaşadır" da Nilufər, D.Aslan "Dindirir əsr bizi"ndə Sabah, İ.Əfəndiyevin "Hökmdar və qızı"nda Haykanuş, S.Vurğunun "Fərhad və Şirin"ində Şirinin rəfiqəsi, Ç.Aytmatov "Sokratı anma gecəsi"ndə Kədər, Hidayət "Bu dünyanın adamları"nda Sevər kimi rollar oynamışdır. 2001-ci ildə müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Ailəlidir.