Xaliq Azadi Məmmədov

Xaliq Azadi (Məmmədov Xaliq Teymur oğlu; 13 aprel 1964, Çayrəsullu, Gədəbəy rayonu) – şair, yazıçı, Rusiya Yazıçılar Birliyinin üzvü.

Xaliq Azadi Məmmədov
Doğum tarixi 13 aprel 1964(1964-04-13) (60 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı
Üzvlüyü
  • Rusiya Yazıçılar Birliyi[d]

Xaliq Azadi 13 aprel 1964-cü ildə Gədəbəy rayonunda, Şınıx mahalının Çayrəsullu kəndində anadan olub. Orta məktəbi 1981-ci ildə bitirib. Hərbi xidmətini başa vurduqdan sonra, Rusiyanın Krasnoyarsk vilayətinə gedib. Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər sərnişin daşıma nəqliyyatında avtobus sürücüsü işləmişdir.

1991-ci ildən Rusiyada (rus. «Сибирские огни») dərc olunmağa başlayıb. 1994-cü ildə "Köhnə evimiz" (rus dilində) şeiri ilə şəhər müsabiqəsinin qalibi olmuş, mükafata layiq görülmüşdür.

Jurnal və qəzetlərdə 30-dan çox bədii və publisistik yazıların müəllifidir. Hal-hazırda yeddi şeir kitabı, bir romanı, altı povesti, çoxsaylı hekayələri oxucuların ixtiyarındadır.

Ailəlidir, iki övladı var.

Rusiya Yazıçılar Birliyinin (РСП) üzvüdür.

Azərbaycan dilində

[redaktə | mənbəni redaktə et]
  • Arxadan gələn səs
  • Çağıraydı məni
  • Bəydəmirli
  • Deyilməmiş sözlər
  • Sükutun səsi
  • Bir ömrün nağılı
  • Qəm yağışı
  • Gecikmiş məktub
  • Ostavlennıye v dalyokom proşlom
  • Dojd peçali
  • Nastya
  • Opozdavşeye pismo