Xalis Güləhmədov

Xalis Güləhmədov — Axısqa türkü, kənd təsərrüfatı elmləri doktoru, professor.

Xalis Güləhmədov
Xalis Oruc oğlu Güləhmədov
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri doktoru
Elmi adı professor

Kənd təsərrüfatının inkişaf sahəsində böyük işlər görmüş ziyalılar sırasında Xalis Oruc oğlu Güləhmədovun adı xüsusi olaraq vurğulanır. Onun araşdırmaları bu gün də özünün aktuallığı ilə tədqiqatçılar arasında xüsusi marağa səbəb olub.

O, 1965-ci ildən kənd təsərrüfatı elmlər doktoru, 1966-cı ildən professor, 1978-ci ildən Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüşdür.

Azərbaycan Elmi — Tədqiqat Pambığcılıq İnstitutunda şöbə müdiri, sonra isə 1956–1962-ci illər arası direktor vəzifəsində işləmişdir. 1962-ci ildən indiki Kənd Təsərrüfatı Akademiyasında kafedra müdiri işləmişdir.

Tədqiqat pambığın gübrələnməsinə, mineral üzvi mineral və kimyəvi bakteriyalı gübrələrdən istifadə edilməsi məsələlərinə həsr olunmuşdur.

Pambıqçılıq rayonları torpaqlarında qida maddələrinin kartoqramanı hazırlamış və istehsalata tətbiq etmişdir. Onun elmi kadrların hazırlanmasında mühüm xidməti var.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sarvan M. Borçalı alimləri. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2001, 510 s., s.33.
  • Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı). Bakı, "Elm", 2005, 264 s., s.51.