"Xalq igidləri" (it. Arditi del Popolo) — 1921-ci ildə yaradılmış İtaliya antifaşist təşkilatı. Anarxistlərdən, kommunistlərdən, sosialistlərdən, inqilabçı həmkarlar ittifaqından, ordu zabitlərindən və s. ibarət idi.[1] Mussolininin qaraköynəklərinin faşizminə qarşı durmaq üçün qurulmuşdur. Təşkilat leytenant Arqo Sekondari tərəfindən qurulmuşdur. Bordiqanın başçılıq etdiyi İtaliya Kommunist Partiyasının rəhbərliyi əvvəlcə "Xalq igidləri"ni dəstəkləməmiş, Antonio Qramşi və "Komintern" onları siyasi məzhəbçilikdə tənqid etdilər. Təşkilat 1921-ci ilin yayında təxminən 20,000 üzvə malik idi.[2]
Xalq igidləri | |
---|---|
Quruluş tarixi | 1921 |
Dağılma tarixi | 1924 |
İdeologiya | antifaşizm |
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyada vətəndaş müharibəsi zamanı dəstələrin bir çox keçmiş üzvləri Beynəlxalq Briqadalara qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı, 25 iyul 1943 -cü ildə Antonello Trombadori və Luici Lonqo təşkilatı yenidən qurmuşdur.