Xalq oyun-tamaşaları — Xalq dramlarının yaranmasında aşıq sənəti və mərasimlər böyük rol oynamışdır. Məsələn, Novruz bayramı ərəfəsində "Kosa-kosa" oyunu göstərilir. Ailə-məişət mövzusunda da xalq dramları vardır: "İki qardaş", "Keçəl","Xəsis" oyun-tamaşası xalq nağılları əsasında yaranmışdır.
Toy, yas, bayram, elçilik, nişan mərasimlərində dramatik növün xüsusiyyətləri özünü göstərməkdədir. Keçmişdə toy və bayram şənliklərində "Xan oyunu" tamaşası göstərilmişdir.
Xalq dramları, adətən, nəsrlə və nəzmin növbələşməsi ilə yaranır. Məsələn, "Qodu-qodu" oyununda kənd cavanları üzərinə qırmızı şilə çəkilmiş bir dairəni, yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar.