Xalxin-Qol çayı (monq. Халх гол; çin. 哈拉哈 Ha-la-ha; Ha-lo-hsin Ho) — Monqolustanın şərqində Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən çay.[1][2] Çay həm də monqol mənşəli -iin şəkilçisi ilə Kalxin Qol və ya Xalx çayı kimi də adlandırılmışdır.[3] Çayın mənbəyi Daxili Monqolustan Muxtar Rayonu ərazisindəki Böyük Xinqan dağlarının qərb yamaclarından başlayır. Aşağı tərəfdə isə Çinin Daxili Monqolustan Muxtar Rayonu ilə Monqolustan Respublikası arasında dövlət sərhəddini təşkil edir.[2]
Xalxin-Qol çayı | |
---|---|
ᠬᠠᠯᠬᠠ ᠭᠣᠣᠯ | |
| |
Ölkə |
Monqolustan ÇXR |
Uzunluğu | 233 km |
Su sərfi | 25 m³/s |
Hövzəsinin sahəsi | 17.000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın yatağı dolama və şaxələnmişdir. Sahilləri sıldırım, yamacların hündürlüyü 1–3 m, çay ağzına yaxın əraziləri alçaq, bataqlıq, qamış və kolluqlarla örtülmüşdür. Çay iki qola bölünür. Sol hissədən Buir-Nur gölünə, sağdan isə Biur-Nur və Dalanur göllərinə birləşdirən Orçun-Göl çaylarına axır. Xalxin-Qol çayı 7 il 6 ay davam etmiş Sovet-Yapon sərhəd münaqişəsinin həll edici fazası hesab olunan Xalxin-Qol döyüşü məşhurdur. 1939-cu ilin 11 may-16 sentyabr tarixləri aralığında Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında çay yatağı və çay qolları boyunca 4 ay davam etmiş şiddətli toquşşamalar baş vermişdir.
Döyüşlərə SSRİ tərəfdən Monqolustan Xalq Respublikası, Yaponiya imperiyası tərəfindən isə Mançjou-qo cəlb edilib. 41 min insanın həlak olması ilə nəticələnən toqquşmalar Yaponiya imperiyasının məğlubiyyəti ilə nəticələnmişdir.[4][5][6]