Xançali gölü

Xançali (gürc. ხანჩალი) — Gürcüstan ərazisində göl. Xançali gölü Gürcüstanın ucqar cənub nöqtəsində yerləşir. Göl Ninosminda bölgəsinin Samtsxe-Cavaxeti diyarında yerləşir. Gölün adı yaxınlıqda yerləşən Didi-Xançali kəndindən götürülüb.

Xançali
gürc. ხანჩალი
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1927,7 m
Eni 2,5 km
Uzunluğu 6,5 km
Sahəsi 13,3 km²
Həcmi 0,0064 km³
Dərin yeri 0,8 m
Axan çay Ağrıçay
Yerləşməsi
41°15′19″ şm. e. 43°33′05″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Xançali xəritədə
Xançali
Xançali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göl səthinin ümumi sahəsi 13,3 km², uzunluğu — 6,5 km, eni — 2,5 km-dir. Çox da böyük olmayan bu gölün dərinliyi də azdır — 0,8 m[1]. Xançali gölü dəniz səviyyəsindən 1927,7 metr yüksəklikdə yerləşir.

Göl Axalkalaki yaylasının cənubunda, vulkan mənşəli çuxurda formalaşıb.[1] Sahil xətti zəif parçalanıb və parçalanma əmsalı 1,38-dir. Göldə körfəz, yarımadaada yoxdur. Gölün sahilləri düzdür. Ancaq şimal sahili nisbətən hündürdür. Göl dibi düz və açıq-qonur rəngli çöküntü qatı ilə örtülüb. Çöküntü qatının qalınlığı təxminən 30 metrdir[2].

Göl bitki örtüyü ilə zəngindir. Sahil boyu cil bitkisi geniş zolaq yaradır. Göl səthi baqəvərkimilər, Persicaria amphibiasusünbülü kimi bitkilərlə örtülüdür. Göl suyunda balıqlar azlıq təşkil edir. Buna baxmayaraq yerli əhali göldə balıqçılıqla məşğuldur. Göldə olan əsas balıqlar: forel, qafqaz enlibaşı, karp və s. Yay aylarında göl köçəri su quşlarının məkanına çevrilir.[2]

Göl yağış, qar və yeraltı sularla qidalanır. Maksimal su səviyyəsi may ayına, ən aşağı səviyyə isə fevralın sonuna təsadüf edir. İllik su səviyyəsinin dəyişməsi 1 metrdir. Noyabr ayından aprelə kimi göl səthi buz qatı ilə örtülü olur. Buz qatının qalınlığı 0,5–0,6 metrdir. Suyun rəngi yaşılımtıldır. Şəffaflıq yüksəkdir. Su kənd təsərrüfatı üçün yararlıdr. Duzluluq 110 mq/l-dir.[2]

Gölün yerləşdiyi ərazi mülayim kontinental iqlimə malikdir. Yağıntılar daha çox yaz aylarında düşür.

Gölə bir çox kiçk çaylar tökülür. Xançali çayından çıxan çay Ağrıçaydır. O Paravani çayının qoludur. Göl yaxınlığında Ninosminda şəhəri, Patara-Xançali və Didi-Xançali kəndləri yerləşir.[1]

Gölün adı ehtimal ki, "xəncər" sözündən yaranmışdır.[3]

  1. 1 2 3 География Грузинской ССР Arxivləşdirilib 2021-10-09 at the Wayback Machine., Тбилиси., 1955
  2. 1 2 3 Озёра Грузии Arxivləşdirilib 2021-10-09 at the Wayback Machine. Мецниереба, 1975
  3. "Arxivlənmiş surət". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.