Xan hamamı — Nardaran qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid tarix memarlıq abidəsi. Abidənin inşaat kitabələrində onun 1388-ci ildə Xacə Zeynəddinin sifarişi ilə ustad Güştasf ibn Musa tərəfindən inşa edildiyi göstərilmişdir.
Xan hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nardaran |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Memar | Güştasf ibn Musa |
Sifarişçi | Xacə Zeynəddin |
Tikilmə tarixi | 1388[1] |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 135 |
Nardaran hamamının ümumi planlaşdırma xüsusiyyətləri və ayrı-ayrı otaqlarının planı XIV əsrə aid Kürdəxanı hamamı ilə bir çox ümumi xüsusiyyətlərə malikdir. Bu tip hamamların otaqları, Abşeronun, eləcə də ümumilikdə Azərbaycanın digər ərazilərində yayılmış hamam tikililərinin otaqlarının quruluşundan əsaslı şəkildə fərqlənir.
XIV əsrə aid memarlıq abidəsi olan Nardarandakı Xan hamamı iki inşaat kitabəsinə malikdir ki, onlardan birincisində binanın “790-cı ilin müqəddəs məhərrəm ayında (yanvar-fevral, 1388-ci il) ustad Güştasf ibn Musa tərəfindən inşa edil”məsi, ikincisində isə binanın “Xacə Zeynəddinin sifarişi ilə” tikilməsi qeyd edilir.[2]
Nardaran hamamının ümumi planlaşdırma xüsusiyyətləri və ayrı-ayrı otaqlarının planı XIV əsrə aid Kürdəxanı hamamı ilə bir çox ümumi xüsusiyyətlərə malikdir. Bu tip hamamların otaqları, Abşeronun, eləcə də ümumilikdə Azərbaycanın digər ərazilərində yayılmış hamam tikililərinin otaqlarının quruluşundan əsaslı şəkildə fərqlənir.[3] Bu tip hamamlarda səkkizguşəli formaya malik mərkəzi zal olmur və bütün otaqlar dördbucaqlı fomaya malikdir.[3]
Hamam, saxsı borular vasitəsiylə isti və soyuq suyla təmin edilirdi.[3] Suyun qızdırılması zamanı yaranan isti hava axını daş döşəmələrin altından keçən daş kanallara buraxılır və beləcə hamamın otaqları həm isidilir, həm də isti döşəmə ilə təmin edilirdi.[3]
Hamamın günbəzlərinin mərkəzində saxlanılmış kiçik oyuq da günbəz formalı kiçik fənərlərlə tamamlanır. Bütöv daşdan yonulmuş bu fənərlər üzərində kiçik oyuqlar yaradılması ilə hamamın işıqla təmin edilməsi problemi həll edilmişdir. Bu cür fənərli günbəzləri İçərişəhərdəki Hacı Qayıb hamamı və Qasım bəy hamamında da müşahidə etmək mümkündür.[3]
Abşeron hamamları adətən yarım-yeraltı formada inşa edilir, hamamı istidilməsi zamanı yandırılan məhsulların qalıqları isə yüz illər ərzində hamam binasının ətrafına tökülürdü. Nəticədə bir müddət sonra hamam binası gümbəzinə kimi yerin altında qalırdı. Hamam hovuzlarına su, tikilinin yaxınlığında yerləşən su quyularından qapalı kanallar vasitəsiylə gətirilir.[4]