Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Han və ya xan[1] (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad,[1] Çinin və dünyanın ən böyük xalqı.
Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Xanlar əsasən Çində, Honkonqda və Aomen rayonunda yaşayırlar.
Çin hökuməti xanları Urumçiyə, Uyğurustanın digər şəhərlərinə köçürməklə uyğurların sayını azaltmaq, onların müstəqillik duyğularını boğmaq istəyir. Xanlar, xueylər öz hegemonluğunu, öz mədəniyyətini digər millətlərə diktə etməyə, sırımağa çalışırlar.
Bu xalq öz adını Xan sülaləsindən götürüb.