Xanaq şəlaləsi

Xanaq[1][2] və ya Xuçnin[3] Dağıstan Respublikası ərazisində şəlalə. Şəlalə təbiət abidəsidir.[4][5] Şəlalə Dağıstanın Tabasaran rayonunda, Xanaqçay üzərində yerləşir.[6] Dəniz səviyyəsindən 650 metr yüksəklikdədir. Şəlalə rayon mərkəzi Xunçidən 2 km şimal-qərbdədir.[7] Ərazinin ən soyuq ayı – yanvar ( orta aylıq temperatur -1,3°С). Ən yüksək temperatur isə iyulda olur və orta aylıq ən yüksək göstərici +22,5°С-dir. Mütləq minimum -26°С, mütləq maksimum – +38°С-dir.[5]

Xanaq
rus. Ханагский водопад
Xanaq şəlaləsi
Xanaq şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü ≈ 30 m
Çay Xanaq
Yerləşməsi
41°58′21″ şm. e. 47°55′42″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Xanaq xəritədə
Xanaq
Xanaq
Xanaq xəritədə
Xanaq
Xanaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəlalənin hündürlüyü təxminən 30 metrdir. İki kaskaddan ibarətdir. Şəlalənin töküldüyü yerdə kiçik göl formalaşıb. Yay aylarında bu göl turistlərin çimərlik ərazisi olur. Göl ərazisinin ümumi sahəsi 1,3 hektar olub yaranan kiçik diametri 50 metrdir.

Dağıstanın ən məşhur və gözəl şəlalərindən biri hesab olur. Buna baxmayaraq şəlalə haqqında dəqiq coğrafi araşdırma, adlandırma və məkan dəqiqliyi yoxdur.[8] Şəlalə xüsusi təbiət abidəsi kimi qorunur.

Fauna və florası[redaktə | mənbəni redaktə et]

Şəlalə və ətraf ərazilərdə Rusiyanın, eləcə də Dağıstanın Qırmızı kitabına düşmüş 1 növ ali bitki, 9 növ həşarat, 6 növ quş və 2 növ məməli qeydə alınıb.

Xanaq şəlaləsi yaxınlığında atmilçək qaş səhləbiə təsadüf olunur. Şəlalə enliyarpaqlı meşələr zonasında yerləşir. Meşə ərazisi üçün əsas aşağıdakı ağaclar xarakterikdir: qafqaz vələsi, boz qızılağac, palıd, şərq fıstığı; kollardan adi fındıq, yemişan və s.

Oduncaqlarda və ağac köklərində böyük palıd uzunbığı geniş yayılıb. Şəlalənin yaratdığı kiçik göl ətrafında nadır və çox gözəl olan Qafqaz karabidinə rast gəlmək olar.[7]

Çay suyunda rast gəlinən balıqlar: şirbit, Qafqaz çəki balığı və Qafqaz enlibaşı.

İncəsənətdə[redaktə | mənbəni redaktə et]

«Qafqaz əsri» — Sergey Bodrovun filmində əsas fonda Xanaq şəlaləsi görsənir[9]. Dağıstan gənclərinə siyası məqsəd üçün hazırlanmış himndə şəlalə klipin ilk anlarında görsənir.[10][11]. 2017-ci ildə Mahaçqalada dağıstanlı memarlar tərəfindən «Dağıstan miniatürda» parkında Xanaq şəlaləsinin miniatür forması nümayiş olunmuşdur.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ханаг | Официальный сайт администрации МР «Табасаранский район»". mrtabasaran.ru. 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  2. Гасанбекова, Зоя. "Ханагский водопад, пещера Дюрк. Табасаранский район называют дагестанской Швейцарией" (rus). 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  3. "Водопады Дагестана". Русское Географическое общество (rus). 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  4. Финиарель, Александр. "Ханагский водопад". Научно-популярный журнал SciencePop (rus). 2017-07-17. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  5. 1 2 "Паспорт от 01.01.2015 | ООПТ России" (rus). oopt.aari.ru. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  6. Şablon:Карта
  7. 1 2 Şablon:ООПТ
  8. "Водопады Дагестана | Русское географическое общество" (rus). www.rgo.ru. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  9. "Фильм Кавказский пленник - Вокруг ТВ". Вокруг ТВ. 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  10. "В Дагестане сняли клип на новый Гимн республики". www.dag.aif.ru. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  11. "Для нового гимна Дагестана снимают клип" (rus). 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  12. "В Махачкале появится макетный парк «Дагестан в миниатюре»" (ingilis). 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.