Xanbaba Bayramov

Xanbaba Tacir oğlu Bayramov — Alim, texnika elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası fakültəsinin dekanı (1989-1995), İnformatika və kompüter texnikası kafedrasının müdiri (1995-2001), əmək veteranı, 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

Xanbaba Bayramov
Xanbaba Tacir oğlu Bayramov
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax rayonu, Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Texnika
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Həyatı və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xanbaba Bayramov 1928-ci ildə Qazax qəzasının Kəmərli kəndində anadan olmuşdur. 1947-ci ildə Kəmərli orta məktəbini bitirmişdir. 1949-cu ildə Qazax ikiillik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və 1949-1959-cu illərdə Tovuz rayonunun orta məktəblərində müəllim işləmişdir. 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universitet) bitirərək pedaqoji fəaliyyətini davam etdirmişdir.

1959-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu nda oxumuş və kompüterlərin sistem və şəbəkələri üzrə mühəndis ixtisasını almışdır.

1965-ci ildən institutun İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası kafedrasında assistent, 1968-1977-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1977-1980-ci illərdə Elektron hesablama kafedrasının baş müəllimi, 1980-1990-cı illərdə isə həmin kafedranın dosenti vəzifəsində çalışmışdır.

1975-ci ildə Özbəkistanın Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

1990-cı ildən Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası kafedrasının professoru olmuşdur. 1970-1989-cu illərdə Avtomatika və hesablama texnikası fakültəsinin dekan müavini, 1989-1995-ci illərdə isə fakültə dekanı olmuşdur. 1995-2001-ci illərdə İnformatika və kompüter texnikası kafedrasının müdiri vəzifəsində işləmişdir.

Hazırda həmin kafedranın professorudur.

Çoxsaylı elmi məqalələrin, üç dərs vəsaitinin müəllifidir.

Əmək veteranıdır. 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

2016-cı ildən təqaüddədir.

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.