Xanbiçə Xammətova

Xanbiçə Xammətova (28 iyun 1938) — Dağıstanın Xalq şairi (1992), SSRİ Yazıçılar İttifaqının üzvü (1974).

Xanbiçə Xammətova
Ханбиче Хаметова
Doğum tarixi 28 iyun 1938(1938-06-28) (86 yaş)
Milliyyəti Ləzgi
Fəaliyyəti yazıçı, şair
Əsərlərinin dili Ləzgi dili, Rus dili
Mükafatları "Dostluq" ordeni
juvanbur.net/azj/_1317

Xanbiçə Xammətova 1938-ci ilin 28 iyununda Dağıstanın Xiv rayonunun Tsılax kəndində anadan olmuşdur. O, Dağıstan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Müəllimlərin Təkmilləşdirilmə İnstitutunda metodist, A. Taxo-Qodi adına elmi-tədqiqat məktəbində işləmiş, Dağıstan Yazıçılar İttifaqının katibi və Ləzgi Yazıçıları Cəmiyyətinə rəhbərlik etmişdir.[1]

X. Xammətova 1974-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.

İlk şerləri Dağıstanda çap olunan "Kommunist" qəzetində və "Dağıstan qadını" jurnalında çap edilmişdir. Ləzgirus dillərində yazdığı bir neçə şer kitabının müəllifidir.

1992-ci ildə Xanbiçə Xammətovaya Dağıstan Xalq şairi adı verilmişdir.[2],[3]

  1. "Ləzgi şairləri". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  2. Дагъустандин литература" (Магьачкъала-2003)
  3. Акимов Къ. Х. "Лезги зарияр"