Xanlar Hacıyev (həkim)

Hacıyev Xanlar Cavad oğlu (27.11.1903, Şuşa – 02.01.1969, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru (1948), professor (1947). Əməkdar elm xadimi, Tibb xidməti general mayoru. İkinci Dünya müharibəsinin iştirakçısı.

Xanlar Hacıyev
Xanlar Cavad oğlu Hacıyev
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası tibb
Fəaliyyəti cərrah
Elmi dərəcəsi

1928 – ci ildə Daşkənddə Orta Asiya Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, Tacikistan SSR respublika xəstəxanasının cərrahlıq şöbəsinə ordinator göndərilmişdi. 1945 – 64 – ci illərdə Şimali Osetiya Dövlət Tibb İnstitutunun qospital cərrahlığı kafedrasına rəhbərlik etmişdir. 1964 – cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Tibb İnstitutunun operativ cərrahlıq kafedrasının müdiri işləmiş, 1967 – ci ildən ömrünün axırınadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun cərrahlıq kafedrasına rəhbərlik etmişdir. Tədqiqatı, əsasən yatalaq xolesistitləri nəticəsində öd peritonitləri, malyariya splenomeqaliyalarında müşahidə edilən perisplenitlərə, onların patogenezinə, ağciyər exinokokkozuna, endemik ur xəstəliyinə və s. həsr edilmişdir. Kadrlar hazırlanmasında xidməti olmuşdur. 2 Qırmızı Bayraq, Qırmızı Ulduz, 1 – ci və 2 – ci dərəcəli Vətən Müharibəsi ordenləri, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.[1]

  • Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1987, X cild, səh. 154
  1. "Arxivlənmiş surət". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.