Xanməmmədli küp qəbirləri nekropolu

Xanməmmədli nekropolu - Zərdab rayonu, Xanməmmədli kəndi ərazisində yerləşən arxeoloji abidə.

Xanməmmədli küp qəbirləri nekropolu
Ölkə  Azərbaycan
Şəhər Zərdab
Yerləşir Xanməmmədli
Aidiyyatı e.ə. II-I əsrlər
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Zərdab rayonunun Xanməmmədli kəndinin cənub-qərbində meliorasiya işləri zamanı yerin 1,5 m dərinliyində küp qəbir aşkar olunmuşdur. F.Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur. Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Bu taıpıntılar sonrakı dövrə aid olduğu güman edilir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə Xanməmmədli küp qəbirləri nekropolu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir[1].

  1. Əliyev, Taleh. "Zərdabın tarixi–arxeoloji abidələri haqqında (IV–XIII əsrlər)". zerdab.com. 11.12.2014. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.