Bu məqalə Xanmurad bəy Qaraçorlu haqqındadır. Digər mənalar üçün Qaraçorlu səhifəsinə baxın. |
Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu (1800-?) — Qarabağ bəyi, Sultan bəyin babası.
Xanmurad bəy Qaraçorlu | |
---|---|
Xanmurad bəy Xıdır bəy oğlu Qaraçorlu | |
Doğum tarixi | |
Doğum yeri | Qasımuşağı, Qaraçorlu mahalı, Qarabağ xanlığı |
Həyat yoldaşları | Ağapəri xanım, Bəyim xanım |
Uşaqları | Əlipaşa bəy, Mеhralı bəy, Şahmurad bəy, Əmirmurad bəy və Mеhribanu xanım |
Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.
Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış. Murad zirək, çalışqan və əməksevər bir gənc imiş. Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış. Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş. Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış.
Xanmurad Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri ilə evlənir. Bir oğlan uşağı dünyaya gəlir, adını Əlipaşa (Paşa) qoyurlar.
Xanmurad xırda alverçi olduğu üçün kəndləri gəzir, hamı ilə əlaqə saxlayır, ünsiyyətdə olur. Bir gün Xanmuradın həyat yoldaşı Ağapəri öyrənir ki, Xanmurad Əsəd Soltanlar kəndindən Əsəd Soltanın dul qalmış bacısı Bəyim xanımla evlənmək istəyir. Bu xəbəri eşidən Ağapəri bərk hirslənir. Ağapəri etirazını bildirmək üçün Bəyim xanıma məktub yazır. Bildirir ki, mən heç də sonsuz deyiləm ki, sən mənim üstümə günü gələsən. Məktuba aşağıdakı məzmunda sonluq yazır:
Gülü gülüstan üstünə,
Gün düşüb bostan üstünə.
Gedin deyin o tülküyə,
Gəlməsin aslan üstünə.
Yazılan məktubu Bəyim xanıma çatdırırlar. Məktubu oxuyan Bəyim xanım qürurunu pozmadan cavab yazır:
Gedin deyin ağlamasın,
Başına qara bağlamasın.
Tülkü deyib çağlamasın,
Dağ gəlir aslan üstünə.
El arasında bunun başqa bir variantınıda söyləyirlər:
Çaşırı vurdum Şəliyə,
Getdim çıxdım Dadməliyə.
Gedin deyin Ağapəriyə,
Dağ gəlir aslan üstünə.
Yaranmış bu söz söhbətə baxmayaraq Xanmurad Bəyim xanımla evlənir. Bu izdivacdan sonra Xanmurad oğlu Paşa bəy rütbəsi almaq üçün Sultanov soyadını qəbul edir və Qafqaz canişini M. Vorontsovun yanına gedərək bəylik rütbəsi alır. Paşa bəy Hacısamlı bölgəsinin bəyi təyin edilir.
Xanmurad bəyin Əlipaşa bəy, Mehralı bəy, Şahmurad bəy, Əmirmurad bəy adlı oğulları və Mehribanu xanım adlı qızı vardı.