Xanoğlan Şıxəliyev (tam adı: Xanoğlan Rza oğlu Şıxəliyev; d. 29 sentyabr 1957, Vedibasar; ö. 30 iyun 2015 ) — prokuror.
Xanoğlan Şıxəliyev | |
---|---|
Xanoğlan Rza oğlu Şıxəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Vedibasar |
Vəfat tarixi | (57 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rza Şıxəliyev |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyət illəri | 1977-2015 |
Mükafatları | "Qızıl Qələm" mükafatı, "İgidlik ordeni" |
Xanoğlan Şıxəliyev 29 sentyabr 1957-ci ildə Ermənistan SSR-nin Vedibasar rayonunda anadan olmuşdur. Daha sonra Şıxəliyevlər ailəsi Sabirabad rayonunda yaşamağa başlamışdır.
Xanoğlan Şıxəliyev 1977-ci ildən 2015-ci ilə qədər prokurorluq orqanlarıda müxtəlif vəzifələrdə çalışmışdır. İlk prokurorluq fəaliyyətinə Ağdaş rayonunda müstəntiqliklə başlamış, daha sonra prokurorluq fəaliyyətini bir müddət Şəkidə, sonra isə Bərdə rayonunda davam etdirmişdir. Bərdə də çalışdığı dönəmdə, Murovda göstərdiyi xidmətə görə "İgidlik ordeni" ilə təltif edilmişdi. 1996-cı ilin dekabr ayında Cəlilabad rayonuna prokuror təyin edilmiş Xanoğlan Şıxəliyev Cəlilabadda fəaliyyət göstərdiyi bir il ərzində 45 cinayət işinin istintaqını tamamlayaraq məhkəməyə göndərmiş, 16 qəsdən adam öldürmə hadisəsindən isə 15-nin üstünü açımışdı. Bu bir illik fəaliyyətində maksimum nəticə göstərən prokuror Xanoğlan Şıxəliyevə baş ədliyyə müşaviri rütbəsi verilmişdir.
Xanoğlan Şıxəliyevin Heydər Əliyevlə bağlı 2 kitabı - "Heydər Əliyev çörəyi" və "Heydər Əliyev okulu" adlı kitabları işıq üzü görmüşdür. X.Şıxəliyev kitab və məqalələrinə görə "Qızıl Qələm" mükafatına layiq görülüb.[1]