Xanoğlan Xəlilov

Xanoğlan İntizam oğlu Xəlilov (d. Şəmkir, Azərbaycan - ö. 22 fevral 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Xanoğlan Xəlilov
Xanoğlan İntizam oğlu Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəmkir, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

Xanoğlan Xəlilov 1997-ci ildə Şəmkir rayonunun Şeidlər kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Xanoğlan Xəlilov 2017-ci ildə, fevralın 22-si gün orta saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 23-ü isə Xanoğlan Xəlilov Şəmkir rayonunun Şeidlər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Xəlilov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

İstinadlar[redaktə | mənbəni redaktə et]