Xaqani — Rejissor Xamiz Muradovun filmi.
Xaqani | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifi | Teymur Əhmədov |
Operator | Köçəri Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1980 |
Texniki məlumatlar |
1 hissə 250 metr 35 mm |
Rəng | rəngli |
Film Azərbaycan poeziyasının klassiki, görkəmli şair və mütəfəkkir Xaqani Şirvaninin anadan olmasının 850 illiyinə həsr edilmişdir.
Filmdə dahi humanist şairin həyatından səhnələri əks etdirən qədim əsərlərdən-klassik miniatürlərdən, əlyazma kitablardan, Xaqani yaradıcılığını təsvir edən fırça ustalarımızın əsərlərindən, heykəl və barelyeflərdən istifadə olunmuşdur. Şairin saray mühitindən uzaqlaşıb uzaq səfərlərə çıxması, Yaxın Şərq ölkələrini dolaşıb sonradan Təbrizə qayıtması, filosof şair kimi yüksək yaradıcılıq zirvələrinə ucalması filmdə poetik notlarla əks etdirilmişdir. Qəmli, həzin kamançanın və udun müşayiəti ilə qədim şəhərin xarabalıqları görünür və şairin məşhur "Mədain Xərabələri" əsərindən parçalar verilir. Filmin sonunda Şərqin görkəmli söz sənətkarlarının Xaqani haqqında fikirləri səslənir.