Xaqani Emin

Eminov Xaqani Sahib oğlu (Xaqani Emin) — 2006-ci ilin iyunundan Borçalı Türklərinin Hüquqlarını Müdafiə Komitəsinin (BTHMK) sədri.

Xaqani Emin
Doğum tarixi (49 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR
Uşağı
  • Xətayə
  • Arzu
  • Jasmin
Atası Eminov Sahib Mustafa oğlu
Anası Eminova (Əliquliyeva) Xətayə Hümbət qızı
Fəaliyyəti İctimai-siyasi xadim, hüquqşünas
Mükafatları "Slava Ukraine" ordeni (UQTMŞ) "Şərəf" ordeni (UQTMŞ) "Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illiyi (2012-2017)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Xaqani Emin 01 noyabr 1973-cü ildə Azərbaycan SSR-in Kirovabad (indiki Gəncə) şəhərində ziyalı ailəsində anadan olub. Atası Borçalının Kosalı, anası Böyük Muğanlı kəndindəndir. 1980-ci ildə Mir Cəlal adına Gəncə şəhər 39 saylı orta məktəbinə daxil olub. Həmin məktəbi 1988-ci ildə bitirib. 1988–1991-ci illərdə Gəncə Elektron Sənayesi Texnikumunda təhsil alıb. 1999-cu ildə Gürcüstan Dövlət İdaraetmə İnstitutuna daxil olmuş, 2004-cü ildə həmin universiteti hüquqşünas ixtisası üzrə bitirmişdir.

Ailəlidir, 3 uşağı var.

Azərbaycan, rus və türk dillərində sərbəst danışır.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1996-1997 "Security CO" Şirkətində mühafizəçi,
  • 1997-2001 "Azpetrol" Neft Şirkəti Təhlükəsizlik İdarəsinin əməkdaşı,
  • 2001-2002 "Azpetrol" Neft Şirkəti Təhlükəsizlik İdarəsində bölmə rəisi
  • 2002-2018 Müstəqil hüquqşünas
  • 2019-2019 "Vecon" MMC Qiymətləndirmə Şirkətində direktor müavini, mütəxəssis

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1994-cu ildən müxtəlif sahələrdə işləməklə yanaşı siyasi fəaliyyətlə məşğul olmuş, dövlətçilik maraqlarının müdafiəsi istiqamətində aparılan bir çox siyasi proseslərin fəal iştirakçısı olmuşdur.

2002-ci ilin martından 2005-ci ilin avqustunadək Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Azərbaycandakı səlahiyyətli nümayəndəsi vəzifəsini tutmuşdur.

2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş və Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə millət vəkilliyinə bitərəf namizəd kimi iştirak etmişdir.

2006-ci ildə öz təşəbbüsü ilə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan dövlətinin apardığı siyasətə dəstək olmaq məqsədilə, hazırki Gürcüstan Respublikası ərazisində yaşayan azərbaycanlılara qarşı həmin dövrlərdə daha radikal şəkil almış diskriminasiya siyasəti ilə mübarizə aparmaq üçün Borçalı Türklərinin Hüquqlarını Müdafiə Komitəsini yaratmışdır. Komitənin təsis toplantısında onun sədri seçilmiş və bu istiqamətdə aparılan bir çox proseslərdə fəal iştirak etmişdir.

2002-ci ildən 2018-ci ilə qədər fiziki şəxs kimi qeydiyyatdan keçməklə müstəqil hüquqşünas kimi fəaliyyət göstərmişdir.

Dünya Şəxsi Məlumatlar Ensiklopediyasının (World Encycklopedia of Personal Information) Azərbaycan redaksiyasının rəhbəri olmuşdur. Hazırda Dünya Şəxsi Məlumatlar Ensiklopediyasının (World Encicklopedia of Personal Information) Qlobal Administrasiyası rəhbərinin müavinidir.

"Vecon" MMC Qiymətləndirmə Şirkətində işləyərkən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən qiymətləndiricilərin peşə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunmuş kurslarda iştirak etməklə "Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi" və "Avtomobil və texnikaların qiymətləndirilməsi" sertifikatlarını almışdır.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun "Beynəlxalq danışıqların aparılması texnologiyası" və "Böhranların və münaqişələrin idarə edilməsi" üzrə kurslarını bitirmişdir.

Vətən Müharibəsi iştirakçısı olmaqla torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2017-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illik yubiley medalı ilə təltif edilmişdir.
  • 2019-cu ildə Ukraynanın "KRAİNA" ÜmumUkrayna İctimai Birliyi tərəfindən "Slava Ukraine" ordeni ilə təltif edilmişdir.
  • 28 may 2020-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Şərəf" ordeni ilə təltif edilib