Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası

GÜRCÜSTAN AZƏRBAYCANLILARININ MİLLİ ASSAMBLEYASI (GAMA)

Hüquqi-təşkilat forması İctimai-Siyasi Təşkilat
Prezidenti Elmar Həsənov
Ali Məclisin Sədri Muraz Gülməmmədov
Baş katibi Sərdar Əliyev
Quruluş Tarixi 10 dekabr 2001
Rəsmi Təsis Tarixi 24 noyabr 2002
Qurucusu Daşqın Gülməmmədov
Ideologiyası Demokratiya
Ali Organı Qurultay
Mərkəzi Mənzil Qərargahı Marneuli (Sarvan)
Ali Qərarverici Orqanı Ali Məclis
Mərkəzi İcraedici Orqanı Katiblər Şurası
Mərkəzi Nəzarətedici Orqanı Mərəkəzi Nəzarət Palatası
İnternet Saytı

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası(GAMA) - Gürcüstanda yaşayan Azərbaycan türklərinin (azərbaycanlıların) ictimai birliyi. Gürcüstan Türkləri Konfederasiyasına təsisçi-assosativ üzvü. 2003-2008-ci illərdə Dünya Azərbaycanlıları Kongreisinin assosativ üzvü və 2006-ci ildə isə Gürcüstan Azərbaycanlılarının Beynəlxal Şurasının təsisçi-assosativ üzvü olub. Prezidenti Elmar Həsənov, Ali Məclisinin Sədri Muraz Gülməmmədov, Baş katibi Sərdar Əliyevdir.


Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Tarixi[redaktə | mənbəni redaktə et]

Milli Xartiyanın imzalanması[redaktə | mənbəni redaktə et]

2001-ci ilin payızında Gürcüstanda yaşayn Qarapapaq türklərinin və Azərbaycan türklərinin (azərbaycanlıların) müasir ictimai-siyasi tələblərə uyğun, Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirak edəcək ictimai-siyasi təşkilatın yaradılması ideyası artıq geniş müzakirə mövzusuna çevrilmişdi.

2001-ci ilin 25 noyabrında Marneuli (Sarvan) şəhərində Gürcüstan azərbaycanlılarının nümayəndələrinin qeyri-rəsmi görüşündə yeni ictimai-siyasi hərakatın yaradılması təklifi Daşqın Gülməmmədov tərəfindən səsləndirildi. Həmin gün 5 nəfər tərkibdə təşşəbüs qrupu yaradıldı. Bu təşşəbüs qrupuna Gürcüstan Vətəndaşlar İttifaqının keçmiş üzvü Daşqın Gülməmmədov, Gürcüstan Azərbaycanlılarının "Qeyrət" Xalq Demokratik Hərakatının funksioneri, jurnalist Ehtiram Əliyev, Marneuli (Sarvan) rayon Kürdlər kənd Məclisinin deputatı Alman Binnətov, "Ozan" Gürcüstan Azərbaycanlıları İttifaqının sədr müavini Təbriz Əliyev, Gürcüstan azərbaycanlıları içərisində fəlallıqları ilə seçilən Qəhrəman QəhrəmanovNovruz Qocayev daxil oldular. Təşşəbüs qrupu Gürcüstan Azərbaycanlılarının (Türklərinin) Milli Xartiyasının layihəsini hazırlayaraq 9 dekabr 2001-ci il tarixdə Tiflisdə Gürcüstan azərbaycanlıları nümayəndələrinin məclisini çağırdı. 145 nəfər nümayəndənin iştirak etdiyi Gürcüstan Azərbaycanlılarının Məclisində Gürcüstan Azərbaycanlılarının (Türklərinin) Milli Xartiyası imzalandı. Milli Xartiya bir çox demokratik müddəlar və azərbaycanlıların milli hüquqları ilə bağlı tələblərlə yanaşı yeni ictimai-siyasi təşkilatın yaradılmasını nəzərdə tuturdu. 9 dekabr 2001-ci ildə Gürcüstan Azərbaycanlılarının (Türklərinin) Milli Xartiyasını imzalayan şəxslər içərisində Daşqın Gülməmmədov, Alman Binnətov, Təbriz Əliyev, Novruz Qocayev, Sahabbin Əmircanov, Qəhrəman Qəhrəmanov, mərhum dini lider Sədrəddin Pələngov (-2006), Borçalının (Kvemo-Kartlinin) eks vitse-qubernatoru, mərhum Raul Yusubov (1975-2005) və el ağsaqqalı, mərhum Gülməmməd Gülməmmədov (1923-2007) var idi. Tarixdə ilk dəfə Gürcüstanda yaşayan azərbaycanlıların milli, dini-konfessional, siyasi, ictimai, milli-mədəni, humanitar və sosial-iqtisadi haqq və hüquqlarını özündə təcəssüm etdirən sənəd Gürcüstan azərbaycanlılarının nümayəndələri tərəfindən imzalanırdı.

Quruluş (2001 - 2002-ci illər)[redaktə | mənbəni redaktə et]

Gürücstan Azərbaycanlılarının (Türklərinin) Milli Xartiyasının əsas müddəlarına uyğun olaraq 10 dekabr 2001-ci ildə Marneuli (Sarvan) rayonunun Qaçağan kəndində Gürcüstan azərbaycanlılarının nümayəndələrinin konfransı çağrıldı. Konfransda Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən 37 nümayəndə iştirak edirdi.. Konransda 15 nəfər tərkibdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Təsis Şurası yaradıldı. Daşqın Gülməmmədov GAMA Təsis Şurasının Sədri, Ehtiram Əliyev sədrin 1-ci müavini, Alman Binnətov sədr müavini, Təbriz Əliyev isə GAMA Təsis Şurasının katibi seçildilər. 12 dekabr 2001-ci il tarixdə GAMA Təsis Şurasının ilk iclası simvolik olaraq Marneuli (Sarvan)) rayonunun Quşçu kəndi yaxınlığında yerləşən, hələ "Kitabi-Dədə Qorqud"da qeyd edilən Ağca qalada keçirildi. Elə ilk iclasında GAMA Təsis Qurultayının keçirilməsi üçün hazırlıq işlərinə başlanması barədə qərar qəbul edildi və üzərində aypara-səkkizgüşəli ulduz təsviri olan olan GAMA Bayrağı təsdiq olundu. 20 fevral 2001-ci ildə GAMA Təşkilat Şurasının Qardabani (Qarayazı) şəhərində keçirilən iclasında GAMA-nın təsis edilməsi üçün 29 may 2002-ci tarixdə Tiflisdə konfransa şağırmaq barədə qərar qəbul edildi.

10 dekabr 2001-ci iltarixdən 29 may 2002-ci il tarixədək GAMA Təşkilat Şurasının 30 iclası və 5 səyyar müşvirəsi keçirilmişdir. Gürcüstan azərbaycanlılarının eni ictimai-siyasi hərakatı kimi formalaşdırılan Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının quruculuğunda Daşqın Gülməmmədov. Ehtiram Əliyev, Alman Binnətov, Novruz Qocayev, Təbriz Əliyev, Qəhrəman Qəhrəmanov və Əli Rüstəmov xüsusi rol oynamışlar. Gənclərlə yanaşı GAMA Təşkilat Şurasının üzvü olan dini lider Sədrəddin Pələngovun və el ağsaqqalı Gülməmməd Gülməmmədovun (1923-2007) GAMA-nın qurculuğunda fəaliyyətləri xüsusi olmuşdur. Yaşları yetmişdən çox olan bu şəxslər Gürcüstan azərbaycanlılarının yeni ictimai-siyasi hərakatının yaradılmasında ixtiyar olmalarına baxmayaraq gənclərdən fərqlənməmişlər. 5 may 2002-ci il tarixədək GAMA Təşkilat Şurası Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində, o cümlədən Marneuli (Sarvan), Bolnisi (Çoruk-Qəmərli), Dmanisi (Baş keçid), Çalka (Barmaqsız), Qori (Səfiabad), Xaşuri (Bəytaxtı), Saqaredjo (Qaraçöp), Qardabani (Qarayazı) rayonlarında, Tiflis, Rustavi (Bostandərə) və Aqara (Ağ-qar) şəhərlərində müvəqqəti bölmələri yaradıldı.

10 may 2002-ci il tarixə GAMA Təşkilat Şurasına 3475 azərbaycanlının təşşəbüsçü kimi ərizəsi təqdim edilmişdir.

Gürcüstanın hakim dairələri əsasən yeni fikirli, liberal-demokratik dəyərlərə üstünlük verən gənclərdən ibarət siyasi qrupun yeni ictima-siyasi hərakat yaratmasına münasibəti heç də xoşagələn deyildi.

2002-ci ilin aprelindən etibarən Gürcüstan Respublikası prezidenti Eduard Şevardnadzenin məxfi göstərişinə əsasən Daxili İşlər Naziri Givi Tarqamadze və Borçalı (Kvemo Kartli) qubernatoru Levan Mamaladze GAMA Təşkilat Şurasının tərkibinə daxil olan şəxslərə qarşı hədə-qorxu, müxtəlif təxribatlar və sıxışdırmalara başladılar.

GAMA Təşkilat Şurasının katibi Ehtiram Əliyev haqqında cinayət işi amılmağa cəhd edildi. GAMA Təşkilat Şurasının sədr müavini Alman Binnətovo qarşı hüquq-mühafizə orqanları müxtəlif provakasiyalara yol verdilər.

Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi GAMA Təşkilat Şurasının işini pozmağa, iclaslarının keçirilməsinə müxtəlif maneələr yaratmağa başladı. 5 may 2002-ci il tarixdə Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin birgə təşkil etdiyi birgə provakasiya nəticəsində GAMA Təşkilat Şurasının Sədri Daşqın Gülməmmədov Azərbaycanın Qazax rayonu ərazisində qondarma ittiham əsasında həbs edildi. Qondarma ittiham əsasında həbs edilən Daşqın Gülməmmədov iki gün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qazax rayonun 2-ci Şıxlı kəndində yerləşən hərbi hissəsində saxlanıldıqdan sonra Qazax rayon məhkəməsinin qərarına əsasən həbs cəzasına məhkum edildi. Lakın məsələnin siyasi xarakter daşıması və ittihamın qondarma olmasını görən Azərbaycan hakim dairələri Daşqın Gülməmmədovu azadlığa buraxmağa məcbur oldular.

15 may 2002-ci il tarixdə GAMA Təşkilat Şurasının Marneuli (Sarvan) şəhərində keçirilən geniştərkibli sonuncu iclasında 29 may 2002-ci il tarixdə GAMA Təsis Qurultayına qədər müvvəqəti ali qərarverici və icraedici orqanın yaradılması üçün konfranssın keçirilməsi xüsusi qərarla tam olaraq qətiləşdirildi.

Gürcüstan hakimiyyətinin, Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin, həmçinin Azərbaycandakı bəzi siyasi dairələrin cəhdlərinə baxmayaraq 29 may 2002-ci il tarixdə Tiflisdə GAMA Müvəqqəti Ali Komitəsinin Təsis Konfransı keçirildi. Konfransda Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən 93 nəfər həlledici səs hüququna malik nümayəndə iştirak edirdi. Konfransda GAMA Müvəqqəti Ali Komitəsi yaradıldı, GAMAının müvəqqəti Nizamnaməsi və Proqramı təsdiq edildi. Həmçinin 24 noyabr 2002-ci il tarixdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının I (Təsis) Qurultayının keçirilməsi barədə qərar qəbul edildi. Konfrans Daşqın Gülmmədovu GAMA Müvəqqəti Ali Komitəsinin Sədri, Alman Binnətovu sədrin1-ci müavini, Ehtiram Əliyevi sədr müavini, Təbriz Əliyevi isə icraçı katibi seçdi. Konfransın qərarına əsasən GAMA Müvəqqəti Ali Komitəsinin tərkibinə aşağıdakı şəxslər daxil oldular:

  • Daşqın Gülməmmədov - GAMA Müvəqqəti Ali Komitəsinin Sədri
  • Alman Binnətov - GAMA Müvəqqəti Ali Komitəsinin Sədrinin 1-ci müavini
  • Ehtiram Əliyev - GAMA Müvəqqəti Ali Komitəsinin Sədrinin müavini
  • Təbriz Əliyev – GAMA Müvəqqəti Ali Komitəsinin İcraçı katibi
  • Mehti Musayev (Gülməmmədli) - GAMA Müvvəqəti Ali Komitəsinin üzvü
  • Novruz Qocayev - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Sədrəddin Pələngov - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Gülməmməd Gülməmmədov - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Sait Haqverdiyev - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Qəhrəman Qəhrəmanov- GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • İftixar Əliyev - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Tanırverdi Allahverdiyev - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Turan Osmanov - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü
  • Dilən Bayramov - GAMA Müvəqqəti Ali Komitəsinin üzvü

2002-2005-ci illər[redaktə | mənbəni redaktə et]

2005-2007-ci illər[redaktə | mənbəni redaktə et]

2008 ci ildən sonra[redaktə | mənbəni redaktə et]

Ən yeni dövr[redaktə | mənbəni redaktə et]

Gürcüstanda 2007-ci il noyabr hadisələri[redaktə | mənbəni redaktə et]

GAMA Prezidentləri[redaktə | mənbəni redaktə et]

GAMA Vitse-prezidentləri[redaktə | mənbəni redaktə et]

GAMA Ali Məclisinin Sədrləri[redaktə | mənbəni redaktə et]

GAMA Baş katibləri[redaktə | mənbəni redaktə et]

GAMA Bayrağı[redaktə | mənbəni redaktə et]

Əski Bayraq[redaktə | mənbəni redaktə et]

Yeni Bayraq[redaktə | mənbəni redaktə et]

GAMA Gerbi[redaktə | mənbəni redaktə et]

İlk Gerb[redaktə | mənbəni redaktə et]

☺☺

Yeni Gerb[redaktə | mənbəni redaktə et]

GAMA Məramnaməsi[redaktə | mənbəni redaktə et]

GAMA Ali Məclisinin 5 saylı Qətnaməsi[redaktə | mənbəni redaktə et]

GAMA-nın Təşkilati quruluşu[redaktə | mənbəni redaktə et]

GAMA Rəhbərliyinə daxil olan şəxslər[redaktə | mənbəni redaktə et]

GAMA Qurultayları[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]