Xaqani Quluzadə (tam adı:Quluzadə Xaqani Zahid oğlu; 6 avqust 1977, Marneuli rayonu) — Azərbaycan iş adamı, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri[1] (2010–2013), "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri.
Xaqani Quluzadə | |
---|---|
Quluzadə Xaqani Zahid oğlu | |
Doğum tarixi | 6 avqust 1977 (47 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi |
Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda[2] ziyalı ailəsində anadan olub[3].
2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində "Executive Global Master’s in Management" proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır[4].
İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir[5].
"Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir (hər ikisi fərqlənmə ilə).
1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir.
2010-cu ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur[6].
"International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir.
Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. "Avro-istiqrazların" müvəffəqiyyətli yerləşdirilməsini həyata keçirən İşçi Qrupuna rəhbərlik etmişdir.
Beynəlxalq maliyyə institutları, investisiya fondları və aparıcı dünya bankları ilə zəngin iş təcrübəsi daxil olmaqla ümumilikdə 18 ilə yaxın idarəetmə təcrübəsinə malikdir.
Təcrübə sahələri: bank işi, maliyyə, investisiyalar, inşaat və sənaye.
Azərbaycan, türk, ingilis və rus dillərində sərbəst danışır.
Evlidir. Dörd övladı var.
1998-ci ildə "Qızıl əlcək" idman klubunu təsis etmişdir.
Azərbaycan Kikboksinq Federasiyasının həmtəsisçisidir.
2011-ci ilin iyun ayında Böyük Britaniyanın Oksford şəhərində və 2013-cü ildə London şəhərində Avropa Biznes Assambleyası tərəfindən iki dəfə "İlin Meneceri" mükafatına layiq görülmüşdür.
2013-cü ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Xaqani Quluzadə "İlin adamı "ali media mükafatına layiq görülüb.[3].