Xaqani Salayev

Xaqani Şəfəqqət oğlu Salayev (1971, Rəzgov, Lerik rayonu3 sentyabr 1992, Sırxavənd, Ağdərə rayonu) — şəhid.

Xaqani Salayev
Xaqani Şəfəqqət oğlu Salayev
Şəxsi məlumatlar
Doğum tarixi 1971
Doğum yeri
Vəfat tarixi 3 sentyabr 1992(1992-09-03)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Atası Şəfəqqət
Hərbi fəaliyyəti
Xidmət illəri 1992-ci ildən
Vəzifəsi Rəis
Döyüşlər  • Drambon döyüşləri
 • Qarakənd döyüşləri
 • Sərsəng su anbarı döyüşləri
 • Ağdərə döyüşləri
 • Sırxavənd döyüşləri

Həyatı[redaktə | mənbəni redaktə et]

Salayev Xaqani Şəfəqqət oğlu −1971-ci ildə Lerik rayonunun Razgöv kəndində anadan olub.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

1978-ci ildə Rəzgöv kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Orta məktəbini bitirdikdən sonra sovet ordu sıralarına çağırılan Xaqani Salayev bir ildən sonra Çelyabinsk Ali Tank məktəbinə daxil olur. Qarabağ müharibəsinin ən ağır dövründə kursantı olduğu Çelyabinsk Ali Tank Məktəbində təhsilini yarımçıq qoyaraq Vətənə qayıdır, 1992-ci il aprel ayının 14-də könüllü olaraq Qarabağ cəbhəsinə yola düşür.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1992-ci il aprel ayının 14-də könüllü olaraq Qarabağ cəbhəsinə yola düşür. Qarabağda elə ilk döyüşlərdə hərb taktikasını əla mənimsədiyi nəzərə alınaraq Qarabağ Könüllülər Batalyonunun qərargah rəisi vəzifəsinə təyin ediir, bu mühüm postda yüksək komandirlik və insani keyfiyyətləri ilə hamının dərin rəğbətini qazanır. Xaqani Salayev Drambon, Qarakənd, Sərsəng su anbarı, Ağdərə, Sırxavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir, adı dillər əzbərinə çevrilir. 1992-ci ilsentyabr ayının 3-də Xaqani Salayevin rəhbərlik etdiyi batalyon Sırxavənd istiqamətində hücuma keçir. Həmin döyüşdə düşmənin çoxlu canlı qüvvəsi və döyüş texnikası məhv edilir. Bu ağır döyüşdə Xaqani Salayev Şəfəqqət oğlu ağır yaralanaraq qəhrəmancasına şəhid olur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.facebook.com/Lerik.Official/photos/a.132168056970775/608457249341851/?type=3/
  2. https://www.facebook.com/Lerik.info/photos/xaqani-salayev1971-1992salayev-xaqani-%C5%9F%C9%99f%C9%99qq%C9%99t-o%C4%9Flu-1971-ci-ild%C9%99-lerik-rayonunun/111809843731734/
  3. "Arxivlənmiş surət" (PDF). 2023-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-08.