Xarəzm Sovet Sosialist Respublikası[1][2] (qısaldılmış adları Xarəzm SSR və ya XSSR) — Xarəzm Xalq Sovet Respublikasının varis dövlətidir. Demək olar ki, bir il ərzində mövcud olmuşdur. Paytaxt Xivə şəhəri idi. Respublikanın adı Xarəzmin tarixi və coğrafi qədim bölgəsindən gəlir. Paytaxtdan əlavə ən böyük şəhərləri: Taşoğuz, Ürgənc, Köhnə Ürgənc, Turtkul, Nukus və Xoceyli.
Müttəfiq respublika | |||||
Xarəzm Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Хорезмская Социалистическая Советская Республика özb. خارزم شورا سوسیالیست جمهوریاتی | |||||
|
|||||
Himn: Azərbaycan SSR-nin himni |
|||||
|
|||||
Paytaxt | Xivə | ||||
Ən böyük şəhər | Taşoğuz, Ürgənc, Köhnə Ürgənc, Turtkul, Nukus, Xoceyli | ||||
Dilləri | Özbək dili, rus dili | ||||
Rəsmi dilləri |
Özbək dili Rus dili |
||||
Dövlət dini | İslam | ||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Sovet respublikası |
Şimaldan Aral dənizi ilə, qərbdən və cənubdan Türkistan MSSR-nın Zakaspiysk vilayəti ilə, şərqdə Türkistan MSSR-nin Sırdərya vilayəti, cənub-şərqdə Buxara Sovet Sosialist Respublikası ilə həmsərhəd idi. Türkistan MSSR Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi.
Xarəzm Xalq Sovet Respublikası 30 oktyabr 1923-cü ildə Sovetlərin 4-cü Ümumittifaq Bolşevik Qurultayı zamanı Xarəzm Sovet Sosialist Respublikasına çevrildi. Sonra respublikanın konstitusiyası qəbul edilir. Elə həmin gün Xarəzm Sovet Sosialist Respublikası ittifaq respublikası olaraq SSRİ-yə daxil olması elan edilir Düz bir il sonra, 1924-cü il oktyabrın sonunda SSRİ-də milli-ərazi demarkasiyası başlanır və 27 oktyabrda Xarəzm Sovet Sosialist Respublikası ləğv edilir və ərazisi milliyyət əsasında yeni qurulmuş respublikalar arasında bölünür - Özbəkistan Sovet Sosialist Respublikası (Xarəzm Sovet Sosialist Respublikası ərazisinin 9% -i), Türkmənistan Sovet Sosialist Respublikası (81 %), həmçinin Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibində olan Qaraqalpaqıstan Muxtar Vilayəti (10%) qurulur (oda öz növbəsində əvvəllər Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi).
Respublikada hakim partiya Xarəzm Kommunist Partiyası idi. Ölkə öz silahlı qüvvələrinə sahib idi. Öz valyutası Xarəzm rublu ilə yanaşı, respublikada Rusiya Sovet Federativ Sosialist Respublikası rublu və SSRİ rublu, həmçinin Xarəzm tənqəsi də daxil olmaqla pul vadidləri işlənirdi. Respublikanın iqtisadiyyatı kənd təsərrüfatına (əsasən tərəvəz və meyvə becərilməsi, düyü, pambıq və buğda becərilməsi), ipəkçiliyə, heyvandarlığa (o cümlədən, qaragül qoyunçuluğuna), balıq ovuna (Aral dənizi və Amudərya çayında), eləcə də xalq sənətkarlığına əsaslanırdı (xalçaçılıq, keramika qabları və məhsulları istehsalı kimi). Respublikanın iqtisadiyyatı Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində olan Türkistan MSSR-ın iqtisadiyyatı ilə sıx bağlı idi.
Xarəzm Sovet Sosialist Respublikasının rəsmi dilləri özbək və rus dilləri idi. Xarəzm Sovet Sosialist Respublikası, Xarəzm XSR kimi dünyəvi bir dövlət idi. Lakin əhalinin böyük əksəriyyəti müsəlmanlar idiki, onların böyük qismi sünni müsəlmanlar idi. Həmçinin əhalinin bir hissəsi xristianlığı (əsasən pravoslavlığı) qəbul etmişdilər. Respublikada 800 minə yaxın insan yaşayırdı. Əhalinin əsas hissəsi özbəklər idi. Bununla bərabər xeyli sayda qaraqalpaq, türkmən və qazax da yaşayırdı. Ruslar, farslar və digər milli azlıqlarda var idi.