Xarabaşəhər yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndi yaxınlığında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi yaşayış kompleksi.[1]
Xarabaşəhər yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Qaraçuq, Naxçıvan, Babək rayonu, Naxçıvan MR, Azərbaycan |
Tikilmə tarixi | Orta əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Xarabaşəhər yaşayış yerinin sahəsi təqribən 40 hektardır. Bu arxeoloji və tarixi abidə, 1969-cu ildə Araz su qovşağının tikintisi ilə əlaqədar qazıntılar zamanı aşkar edilmişdir.[1]
Yaşayış kompleksindəki məhəllədən divar qalıqları, metal məmulatı (mismar, nal, bıçaq və s.), sənətkarlar məhəlləsindən isə dəmirçixana, körük, məişət və təsərrüfat əşyaları, Elxani sikkələri, bəzək əşyaları, şirli və şirsiz gil qablar, şüşə, dəri, ağac, sümük və parça məmulatı qalıqları və başqa arxeoloji və tarixi əşyalar tapılmışdır. Yaşayış kompleksində tapılan qablar İran və Yaxın Şərq keramikası ilə yaxınlıq təşkil edir.[1]