Xarabalıq yaşayış yeri (Şahbuz)

Xarabalıq yaşayış yeriŞahbuz rayonunun Ağbulaq kəndinin şimal-şərqində erkən orta əsrlərə aid yaşayış yeri.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ərazi 1990-cı ildə qeydə alınmışdır. Sahəsi 7 hektardır.Ərazi daşlı olub,bir-birinin üzərində yerləşən bir neçə terrasdan ibarətdir. Terraslar boyunca iri daşlardan tikilmiş divar qalıqları saxlanmışdır. Çox güman ki, bu divarlar yaşayış yerini müdafiə məqsədilə çəkilmişdir. Ərazi uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yaşayış binaları tamamilə dağıdılmışdır. Kəşfiyyat işləri zamanı Xarabalıq yaşayış yerindən orta əsrlər üçün səciyyəvi olan gil qab qırıqları aşkar olunmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan ensiklopediyası.Bakı.2002.səh:594