Xarici Xidmət İnstitutu, ( FSI ) ing. Foreign Service Institute — Arlinqton şəhərində, (Virciniya ştatı) Corc Şults adına xarici dillər milli tədris mərkəzində yerləşir (ing. George P. Shultz National Foreign Affairs Training Center). 1924-cü ildə qurulmuş Xarici Xidmət Məktəbinin (ing. Foreign Service School) əvəznə yaradılaraq ABŞ diplomatları üçün əsas təhsil mərkəzi sayılır.
FSİ ABŞ-nin federal təşkilatı kimi Dövlət Depertamenti üçün diplomatlar və ABŞ-nin xaricdəki maraqlarını qorumaq üçün digər mütəxəssislər hazırlayır. 600-dən çox kursu, o cümlədən 70-dən çox xarici dil kursu fəaliyyət göstərir. İnstitutda Dövlət Depertamentindən, 40-dan çox hökumət təşkilatından və hərbi strukturlardan 100 mindən çox dinləyici təhsil alır.
Məktəbin proqramı ABŞ dövlət qulluğunda və ölkənin xaricdəki nümayəndəliklərində peşəkar işçilərin hazırlanmasını nəzərdə tutur. Kurslar bir gündən iki il müddətinə qədər müddətə nəzərdə tutularaq məzunlarını ABŞ xarici siyasətinin həyata keçirilməsi üçün digər ölkələrə və mədəniyyətlərə adaptasiyasının asanlaşdırılmasına və vəzifəsini uğurla həyata keçirilməsinə və liderlik və idarəçilik keyfiyyətlərinin artırılmasına hazırlayır. Digər kurslarda diplomatların ailə üzvlərinə xaricdəki həyat tərzi, fövqaladə vəizyyətlərdə hərəkət, kiber təhlükəsizlik və s. haqqında məlumat veririlir.
Xarici Xidmət İnstitutunun direktoru ABŞ Dövlət Katibinin köməkçisi statusundadr[1] və dövlət katibi tərəfindən təyin edilir. İnstitutun indiki direktoru Nensi MakEldouneydir.
Xarici Xidmət İnstitutunun yaradılması ABŞ-nin "Diplomatik xidmət haqqında" qanunun VII fəslində nəzərdə tutulurdu. Bir sıra inzibati məsələlərin həlli məktəbin yaranmasını bir qədər ləngitdi. 13 mart 1947-ci ildə dövlət katibi Corc Marşal Diplomatik Xidmət İnstitutunun yaradılmasını elan etdi.
DİX yaranana qədər ABŞ-də onun vəzifələrini Kosul Tətbiq Məktəbi (1907), Vilson Diplomatik Məktəbi (1909), Diplomatik Xidmət Məktəbi (1924), Diplomatik Xidmət Zabitləri Məktəbi (1931) və Xidmət Hazırlığı Şöbəsi (1945) həyata keçirirdi.
Liderlik və idarəetmə məktəbi (FSI / LMS) icra strukturları üçün rəhbər kadrlar və menecerlər, xaricdə işləmək üçün böhran menecerləri hazırlayır, ali rəhbərlər üçün dəyirmi masalar və siyasi seminarlar təşkil edir.
Dil Öyrətmə Məktəbi (FSI / SLS) 70-dən çox dil üzrə tədris təşkil edir və 100-dən çox dil üzrə peşəkar test imtahanı təşkil edir. Müdavimlər dilin mürəkkəbliyindən və təyinat məqsədindən asılı olaraq 8-44 həftəlik kurslar keçirlər. İnstitut həmçinin Taybey, Yokoqama, Seulda, Yaxın Şərqdə, Şimali Afrikada və Asiyada dil məktəbləri şəbəkəsinə malikdir. Burada 44 həftəyə çin, yapon, koreya və ərəb dilləri öyrədilir. Tədris proqramlarına həmçinin özünümüdafiə dərsləri, səhərlər dərs keçmə sistemi və distant tədris kursları daxilir.
Regionşünaslıq və peşəkarlıq Məktəbi (FSI / СПАС) konsulluq işi, dəftərxana işi, siyasi və iqtisadi biliklər, ümumi diplomatiya üzrə dərslər keçilir, personalın ixtisası artırılır. Məktəb öz müdavimlərini dünyanın ayrı-ayrı regionları və ölkələri üzrə sosial-mədəni modellər, siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlər praktikası ilə tanış edir.
Tətbiqi İnformasiya Texnologiyaları Məktəbi (FSI / SAIT) geniş istiqamətli dörd sahəni əhatə edir: bütün əməkdaşların biznes biliklərinin və məlumatlılığının artırılması, Dövlət Departamentində istifadə edilən informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmsı, İT üzrə dərin vərdişli mütəxəssislərin hazırlanmsı, həmçinin xaricdə Dövlət Departamenti ilə əlqə saxlanması üçün informasiya sistemlərinin idarə edilməsi üzrə mütəxəssislərin hazırlanması.
Keçid Mərkəzi (FSI / TC) diplomatları və onların ailə üzvlərini xarici ölkələrin cəmiyyətlərində yaşayışa hazırlayır. Mərkəz onları yaşayacaqlı ölkənin idarəetmə sistemi və vəzifəlilər haqqında məlumatlandırır, diplomatk fəaliyyətdə faəliyyət normaları və təhlükəsizlik üzrə seminarlar və dəyirmi masalar təşkil edir, Dövlət Departamentinin xaricə gedən əməkdaşları üçün məsləhətlər və digr kömək formalarını həyata keçirir.
İcraçı direktorun idarəetmə dəftərxanası (FSI / EX) tədris proqramlarının həyata keçirləməsinə cavabdehdir.