Xarici sekresiya vəziləri (lat. Glandulae excretoriae s. apertae) — axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür:
Xarici sekresiya vəziləri |
---|
Xarici sekresiya vəzisinin quruluş sxemi: vəzi hüceyrəsi, vəzi axacağı, dəliyi (ağzı) |
Latınca |
Glandulae excretoriae s. apertae |
- Selikli vəzilər — məhsullarında çoxlu selik olur, məsələn — damaq vəziləri (lat. glandulae palatinae), dal dil vəziləri (lat. glandula linguales posteriores);
- Seroz ya zülal vəziləri — ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (lat. glandulae parotis), dil və ya Ebner vəziləri (lat. glandulae linguales Ebneri);
- Qarışıq (seroz-selikli) vəzilər lat. glandulae seromucose — sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (lat. glandulae labiales), yanaq vəziləri (lat. glandulae buccales), ön dil vəziləri (lat. glandulae lingualea unteriores), dilaltı vəzi (lat. glandulae sublingualis) və çənəaltı vəzi (lat. glandulae submandibularis).
|
---|
Borulu vəzilər | | |
---|
Alveollu vəzilər | |
---|
Borulu-alveollu vəzilər | |
---|
Dəri vəziləri | |
---|
|