Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü
Xatirə Nurgül | |
---|---|
Doğum adı | Xatirə Sadıqova |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Ali |
Fəaliyyəti | Şair, tərcüməçi |
Əsərlərinin dili | Azərbaycan |
Janrlar | Şeir, esse |
İlk əsəri | Göyərçin yuxusu |
qumluyollar.wordpress.com |
Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır.
1998-ci ildən dövrü mətbuatda dərc olunur. Azərbaycan , Ulduz jurnallarında, Ədəbiyyat, "Kaspi" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur.
Bundan başqa, X.L.Borxes "Dante haqqında mühazirə", İosif Brodskinin məşhur nitqindən fraqmentlər, "Dünya ədəbiyyatı" dərgisinin Serbiya poeziyası sayında serb şairlərinin şeirlərindən tərcümələri
"Dünya ədəbiyyatı" dərgisinin Serbiya poeziyası sayında serb şairlərinin şeirlərindən tərcümələri, Xorxe Lui Borxes — "Yeddi gecə" kitabından "Min bir gecə" əsərini, M.Zoşşenkonun, İ.Buninin, Nəcib Məhfuzun hekayələrini, Maksim Qorkinin "Boles" hekayəsi, Cemil Meriçin, Cemal Süreyanın, Orxan Vəlinin, Sabahaddin Alinin məktublarını, Aleksandr Kuprinin esselərini [4], eləcə də Rusiya ədəbiyyatından minimalist və vizual poeziya haqqında məqalələri və başqa elmi-bədii mətnləri dilimizə çevirmişdir.
X.Nurgül mətbuatda həm də müsahibələri ilə çıxış edir, onun bir sıra müasir türk şairləri ilə müsahibələri dərc edilmişdir. Bunlardan Yelda Karataş[5], Ayten Mutlu[6], Nurduran Duman[7] kimi müasir türk ədəbiyyatında sözünü demiş şairlərlə olan müsahibələrini qeyd etmək olar.
Vaqif Yusifli — Xatirə Nurgülün 11 şeiri [9]