Xe Pinpin

Xe Pinpin (13 iyul 1988, Huade[d], Daxili Monqolustan Muxtar Rayonu13 mart 2010[1], Roma) — 2009-cu ildə onun adı dünyanın ən balacaboy kişisi kimi "Ginnesin Rekordlar Kitabı"na salınıb.

Xe Pinpin
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda Pinpinin 22 yaşı var və onun boyu 73 santimetrdir. O, doğulandan bəri çəkisini cəmi 6,5 kiloqram artıra bilib – doğulanda çəkisi 500 qram olan Xe Pinpin hazırda 7 kiloqramdır. Həkimlər güman edirlər ki, Pinpinin anomal inkişafının səbəbi skeletin inkişafını gecikdirən nadir xəstəlikdədir.

Xe Çinin Daxili Monqolustan muxtar regionunda məşhur olub. Amma qohumları qərara gəliblər ki, onu bütün dünya tanımalıdır. Bunun üçün onlar "Ginnesin Rekordlar Kitabı"nın mütəxəssislərinə müraciət ediblər. Artıq bütün dünyada məşhur olan Xe Pinpin "ulduz xəstəliyi"nə tutulmayıb. O, əvvəlki kimi kafedə işləyir və fasilələr zamanı hansısa stolun altında dincəlir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]