Ürək çatışmazlığı (lat. insufficientia cordis[1][2]) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.
Ürək çatışmazlığı | |
---|---|
XBT-10 | I50 |
XBT-9 | 428.0 |
DiseasesDB | 16209 |
MedlinePlus | 000158 |
MeSH | D006333 |
Vikianbarda əlaqəli mediafayllar |
Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar.
Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur.
Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur. Nəticə etibarilə orqan və toxumaların hipoksiyası və digər metobolizm pozğunluqları meydana çıxmış olur.
Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki.
NYHA — təsnifatı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
|
Dərman preparatları | NYHA I | NYHA II | NYHA III | NYHA IV | |
---|---|---|---|---|---|
ACE-inhibitor | göstəriş | göstəriş | göstəriş | göstəriş | |
AT1-antaqonist | ACE-inhibitorla əks göstəriş | ACE-inhibitorla əks göstəriş | ACE-inhibitorla əks göstəriş | ACE-inhibitorla əks göstəriş | |
Betablok | Miokard infarktından sonra Arterial hypertoniyalarda |
göstərişa | göstərişa | göstərişa | |
Diuretiklər | Saluretiklər | – | maye durğunluğu zamanı | göstəriş | göstəriş |
Tiazidlər | Arterial hypertoniyalarda | maye durğunluğu zamanı | göstəriş | göstəriş | |
Aldosteron antaqonistləri | Miokard infarktından sonra | göstəriş | göstəriş | göstəriş | |
Ürək qlikozidləri | Qulaqcıqların səyrici aritmiyası | Qulaqcıqların səyrici aritmiyası | göstərişb | göstərişb | |
asabit xəstələr bplazmada izini təyit etməklə |