Aslanov Xeyrulla Azad oğlu (29 avqust 1954, Ramana) — Azəbaycanın əməkdar pilotu.
1954-cü il Avqustun 29-da Bakı şəhəri Ramana kəndində Neftçi ailəsində anadan olmuşdur. İlk təhsilini Ramana kəndindəki E.Ağayev adına 198 saylı orta məktəbdə almışdır. 1972-ci ildə Rusiyanin Sasov şəhərindəki təyyarəçilik məktəbinə daxil olub, 1974-cü ildə həmin təhsil müəssisəsini yüksək göstəricilərlə bitirmişdir.
1974-cü ildə Zabrat aviadəstəsinə 2-ci pilot kimi işə qəbul olmuşdur. 1977-ci ildə AN 2 təyyarəsinin komandiri, 1978-ci ildən 1989-cu ilə qədər eskadriliya komandirinin müavini, eskadriliya komandiri, 323 nömrəli aviadəstənin komandiri vəzifəsində çalışmışdır.
1982-ci ildə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna qəbul olmuş, 1988-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.
1989-cu ildə Binə Hava Limanına TU-154 təyyarəsinin 2-ci pilotu, 1993-cü ildə isə TU-154 təyyarəsinin komandiri vəzifəsinə təyin olunub.
2000-ci ildə İL-76 HG-nə 2-ci pilot, 2001-ci ildə İL-76 HG-nin kapitanı vəzifəsinə təyin edilmişdir. Eyni zamanda İL-76 təyyarəsinin təlimatçı komandiri kimi də fəaliyyət göstərib.
1978-ci il SSRİ-nin "Şərəf nişanı" ordeni 1980-cı il SSRİ-nin XTNS-nin "Qızıl Medalı" 1980-ci ildə adı SSRİ-nin "Mülki aviasiya gənclərinin zərbəçi işlər üzrə səlnaməsi" fəxri kitabına düşüb. 1980-ci ildə "Qəzasız uçuş" döş nişanı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Şərəf nişanı" ordeninə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 may tarixli 1536 nömrəli sərəncamı ilə "Əməkdar Pilot" fəxri adına layiq görülüb. 2016-cı il 26 oktyabrda, Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illik yubileyi medalı ilə təltif edilmişdir. Hal-hazırda Milli Aviasiya Akademiyasının muzeyində Azəbaycanın əməkdar pilotu olaraq onun barəsində məlumat lövhəsi mövcuddur.
Aslanov X. Qarabağ müharibəsi veteranıdır.
Hal hazırda fəxri təqaüdçüdür, doğma Ramana kəndində yaşayır.
Övladları atasının yolunun davamçılarıdır.