Xilasetmə Sazişi

Astronavtların xilasedilməsi, Astronavtların və kosmosa buraxılmış nəqliyyat vasitələrinin qaytarılması haqqında saziş və ya digər adı ilə Xilasetmə müqaviləsi olaraq da bilinən kosmosa göndərilən insanların xilası üçün ölkələrə dörd hüquq və öhdəlik gətirən beynəlxalq müqavilədir. Müqavilə 19 dekabr 1967-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (2345 saylı qətnamə (XXII)) konsensusla yaradılmış və 3 fevral 1968-ci ildə qüvvəyə minmişdir. Razılaşmanın şərtləri 1967-ci il tarixli Xarici Kosmik Müqavilənin 5-ci maddəsində yer alan xilasetmə müddəalarının detallı versiyasıdır.

Astronavtların xilasedilməsi
Xilasetmə müqaviləsi
Astronavtların və kosmosa buraxılmış nəqliyyat vasitələrinin qaytarılması haqqında saziş
Müqavilənin tipi beynəlxalq müqavilə
İmzalanma tarixi 19 dekabr 1967
Qüvvəyə minməsi 3 fevral 1968
  imzalanıb, lakin hələ təsdiqlənməyib