Xarici Kosmos Müqaviləsi, rəsmi adı ilə Ay və digər Göy cisimləri daxil olmaqla, Kosmosun Kəşfi və İstifadəsində Dövlətlərin Fəaliyyətlərini İdarəetmə Prinsipləri Müqaviləsi — beynəlxalq kosmik hüququn əsasını təşkil edən müqavilədir. 27 yanvar 1967-ci ildə ABŞ, İngiltərə və Sovet İttifaqında imzalanması üçün açılan müqavilə, 10 oktyabr 1967-ci ildə qüvvəyə minmişdit. 2015-ci ilin sentyabr ayına kimi konvensiyaya 104 ölkə qoşulub. 24 ölkə müqaviləni imzalamış, lakin təsdiqləmə işlərini bitirməmişdir. Müqavilənin bəzi maddələri
Xarici Kosmos Müqaviləsi ing. Outer Space Treaty fr. Traité de l'espace rus. Договор о космосе isp. Tratado sobre el espacio ultraterrestre çin. 外层空间条约 | |
---|---|
Ay və digər Göy cisimləri daxil olmaqla, Kosmosun Kəşfi və İstifadəsində Dövlətlərin Fəaliyyətlərini İdarəetmə Prinsipləri Müqaviləsi | |
İmzalanma tarixi | 27 yanvar 1967 |
İmzalanma yeri | London, Moskva, Washington D.C. |
Qüvvəyə minməsi | 10 oktyabr 1967 |
İmzalayanlar | 104[1] |
Dilləri | ingilis dili, fransız dili, rus dili, ispan dili, standart çincə |
Vikianbarda əlaqəli mediafayllar |
Eyni prinsiplərə uyğun olaraq hazırlanan “Ay müqaviləsi”nin 11-ci maddəsində Ay və digər səma cisimlərinin Bəşəriyyətin ortaq mirası olduğu və Ayın səthində mülk iddiaları edilə bilinməyəcəyi açıq şəkildə bildirilmişdir. Türkiyə 2012-ci ildə bu sənədi imzalamışdır.
Nəticədə nə real insanlar, nə də dövlətlər beynəlxalq hüquq baxımından bu cür göy cisimlərinə iddia edə bilməzlər. Bundan əlavə, 21 Birləşmiş Millətlər Təşkilatının üzvü tərəfindən tanınan Çin Respublikası (Tayvan), Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1971-ci ildə Çinin üzvlüyünü Çinə qaytarmasından əvvəl təsdiqlənmişdir.