Xirbet-Kerak (ərəb.خربة الكرك Khirbet al-Karak "qalanın xarabalıqları") və ya Bet-Yerax (ivr. בית ירח "Ayın (tanrı) evi") — İsraildə, Təbəriyyə gölünün cənub sahilində yerləşən arxeoloji kurqanlar.[1] Levandın ən böyüklərindən biri olan 50 hektarlıq bir əraziyə yayılan bu ərazi, Erkən tunc dövründ'n (e.ə 3000-2000) və Əhəməni dövründən (təxminən e.ə. 450) Erkən İslam dönəminə (təxminən e.ə 1000) qədər uzanan qalıntıları ehtiva edir.[1][2][3]
Kirbet-Kerak Təbəriyyə gölününİordan çayına töküldüyü yerdə yerləşir və ərazi gölün səviyyəsindən təxminən 15 metr yüksəklikdədir.[1][4] Ərazi üçbucaq formasındadır və təxminən 1,2 km 380 m (ən geniş yerdə), 60-75 hektar ərazini əhatə edir. İordan çayı əvvəllər (ən azı orta əsrlərə qədər[5]) şimal və qərbdən axmasına baxmayaraq, cənuba doğru axır.[6]
↑Hestrin, Ruth. E.Stern (redaktor). האנצקלופדיה החדשה לחפירות ארכיאולוגיות בארץ ישראל [The New Encyclopedia of Archaeological Excavations in the Holy Land] (Hebrew). I. 1992. 175–181.