Xlamidomonada

Chlamydomonas (lat. Chlamydomonas) — chlamydomonadales dəstəsinin chlamydomonadaceae fəsiləsinə aid bitki cinsi. İkihüceyrəli qamçılılardandır.

Xlamidomonada
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xlamidomonada protistalar aləmindədir və bir koloniya deyil. Amma çox hüceyrəliliyin işləməsində əhəmiyyətli bir tək hüceyrəli olaraq vəzifə alır. Çünki Xlamidomonada, volvoksa olduqca oxşayır və çox hüceyrəliliyə atılan ilk addım hesab olunmaqdadır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Xlamidomonada qamçılı bir protista olmasına baxmayaraq, bu qamçısı davamlı deyil. Bölünmə əsnasında, ətrafdakı kimyəvi maddələri istifadə edərək qamçıları sintez edəcək fermentlər ifraz edir və beləcə normalda passiv olaraq hərəkət edə bilən Xlamidomonada aktiv hərəkət edə bilən hala gəlir. Xlamidomonada 4 bölünməyə qədər fərqli fərdlər olaraq davranmır, yəni bölünmə sonrasındakı 16 hüceyrə bir-birinə yapışıq halda qalır. Lakin daha sonra bu strukturlar bir-birlərindən ayrılır və tək hüceyrələr olaraq həyatlarına davam edirlər. Bu səbəblə Xlamidomonada çox hüceyrəliliyə keçiddə əhəmiyyətli bir pillə olaraq görülür.[3]

3.8 milyard il əvvəl ilk canlılıq başlamış, 2.5 milyard il qədər əvvəl ilk fotosintetik bakteriyalar təkamülləşmiş, 750 milyon il əvvəlinə qədər tək hüceyrəlilik hakim olmuş, 750 milyon il əvvəlində isə çox hüceyrəlilik təkamülləşməyə başlamış, 580 milyon il əvvəlində çoxhüceyrəlilik kompleksləşməyə başlamış, 542 milyon il əvvəlində növlərə ayırılma prosesi pik nöqtəsinə çatmış və 500 milyon il qədər əvvəl isə dövrümüzdəki canlıların çoxu şəkillənmişdir.

Bu səbəbdən çoxhüceyrəliliyin təkamülləşməsiylə birlikdə təxminən 750-700 milyon il əvvəl yavaş-yavaş başlayıb, 635-542 milyon il əvvələ getdikcə sürətlənməyə başlayıb, 542-530 milyon il əvvəlində pik nöqtəsinə çatıb, 530-490 milyon il əvvəl yenidən normal halına qayıdan bir müxtəliflik artımını, sürətli bir təkamül müddətini, Kambri Partlayışını müşahidə etməkdəyik. Bu müddət dövrümüzün müasir canlılarına doğru atılan ən əhəmiyyətli addımlardan biridir.[4]

  • Chlamydomonas reinhardtii
  • Chlamydomonas caudata Wille
  • Chlamydomonas moewusii
  • Chlamydomonas nivalis
  • Chlamydomonas ovoidae
  1. Appendix III: Conserved, protected, and rejected names of genera and subdivisions of genera. // International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) / red. N. J. Turland, J. H. Wiersema, F. Barrie, V. Qreuter, D. L. Hawksworth, P. S. Herendeen, S. Knapp, W. Kusber, D. Z. Li, K. Marhold və b. 2018. ISBN 978-3-946583-16-5
  2. Ehrenberg H. Dritter Beitrag zur Erkenntniß großer Organisation in der Richtung des kleinsten Raumes (alm.). // Abhandlungen der Königlichen Akademie der Wissenschaften zu Berlin Berlin: F. Dümmler, 1834. Vol. 1833. S. 145–336. ISSN 2944-4411
  3. "Arxivlənmiş surət". 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
  4. "Arxivlənmiş surət". 2009-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.