Xloroplastlar – yaşıl plastidlər olub, bitkilər aləmində və onların müxtəlif orqanlarında geniş yayılmışdır. Tərkibinə görə zülal lipidlərdən təşkil olunmuşdur.Günəş şüasının təsiri ilə onlarda fotosintez prosesi getdiyindən, onların bitkilərin həyatında rolu böyükdür. Xlorofil, günəş şüası, torpaqda dəmir və maqneziumun olması nəticəsində fotosintez normal gedir. Hüceyrədə, adətən 20-50 xloroplast olur. Yetişmiş meyvələrdə, yarpaqlarda və göyərtidə çoxdur.
Bitkilər qocaldıqda xloroplastlar parçalanır.[1]