Xocalı kurqanları — Xocalı rayonu ərazisində yerləşən Tunc dövrünə aid arxeoloji abidə.
Xocalı kurqanları | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Xocalı |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Abidə Xocalı yaxınlığındakı Tunc dövrü aid qəbiristanlıqdan ibarətdir. Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş abidələrindən biridir. Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu kurqanlarda tək və kollektiv dəfnlər həyata keçirildiyi müəyyən edilmişdir. Bəzi qəbrlərdə aparılan araşdırmalar əsəsan burda yaşayan insanların kremasiya adətinə malik olduqlarını qeyd etmək olar. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir. Xocalı kurqanlarından tapılan təsərrüfat küplərinin birinin qulpunda buğda təsviri vardır.
Xocalıda tədqiq edilən 11 №- li kurqan, xüsusilə əhəmiyyətli nəticələr vermişdir.Bu kurqandan Assuriya padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. İ.İ. Мeşaninov bu muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, sonrakı tədqiqatlarda alimlər bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII əsrin əvvəlinə aid edirlər.[1]