Xocavənd oymağı—Avşar elinin qollarından biri.
Tarixçi Əminə Pakrəvan yazır: "Üçkilsənin önündə qızğın savaş başladı. Sisyanov topxanasına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması Azərbaycan Ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü.
Abbas Mirzə ordusunun ölümdən qorxmamasını görən rus ordusu qorxmağa başlamış, ruh düşgünlüyünə uğramışdı. Sisyanov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı başardı. Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan irtibatları kəsildi".