Xocayev Alim

Xocayev Alim (24 sentyabr (7 oktyabr) 1910, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu[1]14 fevral 1977[1], Moskva, RSFSR, SSRİ[1]) — özbək sovet aktyoru. SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1949; 1977-ölümündən sonra). 1945 ildən Sov. İKP üzvü. 1929 ildən Həmzə ad. Özbəkistan Dram Teatrında cıxış etmişdir. Əsas rolları: Əlişir Nəvai ("Əlişir Nəvai", Uyğun və İ. Sultanov), Həmzə Həkimzadə Niyazi ("Həmzə", K Yaşen və A. Öməri), Hamlet ("Hamlet", V. Şekspir), Karl Moor ("Qaçaqlar", F. Şiller), Astrov ("Vanya dayı", A. Çexov), Poltoratski, Akbarbay ("Dan ulduzu" "İnqilab şəfəqləri" K. Yaşen) və s. Rej. kimi də fəaliyyət göstərmiş, kinoda çəkilmişdir. Lenin ordeni, 3 başqa orden və medallarla təltif edilmişdir.[2]

Alim Xocayev
Doğum tarixi 24 sentyabr (7 oktyabr) 1910
Doğum yeri
Vəfat tarixi 14 fevral 1977(1977-02-14)[1] (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Çiğatay qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
SSRİ xalq artisti Özbəkistan SSR xalq artisti SSRİ Dövlət mükafatı
"Böyük xidmətlərə görə" ordeni
"Stalin" mükafatı


Mükafatlar və titullar[redaktə | mənbəni redaktə et]

  • Özbəkistan SSR xalq [3]
  • SSRİ xalq artisti (1959)
  • İkinci dərəcəli Stalin mükafatı (1949) - Uyğun və İ.A.Sultanovun "Əlişir Nəvai" tamaşasında baş rolu ifa etdiyinə görə
  • SSRİ Dövlət Mükafatı (1977 - ölümündən sonra)
  • Xəmzə adına Özbəkistan SSR Dövlət Mükafatı (1967)
  • Lenin ordeni (1970)
  • Qırmızı Əmək Bayrağı ordeni
  • İki "Şərəf Nişanı" ordeni
  • Fərqlənməyə görə ordeni (Özbəkistan) (2002 - ölümündən sonra)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Ходжаев Алим // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Azərbaycan Sovet Ensiklopediyası. X. Bakı. 1987. səh. 103.
  3. "Olim Xoʻjayev - Vikipediya". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]