Xoledoxolitiaz — Simptom törədib törətməməsindən asılı olmayaraq öd axacaqlarında daşın olması xoledoxolitiaz adlanır. Öd axacaqlarındakı daşlar mənşəyinə, yerinə, xolesistektomiyaya münasibətinə və törətdiyi xəstəliklərə görə təsnif edilə bilir. Mənşəyinə görə daşlar birincili və ikincili ola bilir. Birincili daşlar öd axacaqlarının özündə əmələ gəlir. Daşın əmələ gəlməsi üçün axacaqlarda patologiyanın olması gərəkdir. Axacaqda daralma, kistşəkilli dəyişiklik, iltihab və ya spesifik infeksiyalar (Clonorchis sinensis, Opisthorchis viverrini, Opisthorchis felineus, Ascaris) birincili daşları əmələ gətirə bilirlər. Birincili daşlar bilirubin tərkibli (daralmalar) və mürəkkəb tərkibli (spesifik infeksiyalar) ola bilər. İkincili daşlar öd kisəsində əmələ gəlib axacağa keçən daşlardır və əksəriyyəti xolesterin daşlarıdır.[1]
Xoledoxolitiaz | |
---|---|
DiseasesDB | 33385 |
MedlinePlus | 000274 |
MeSH | D042883 |
Vikianbarda əlaqəli mediafayllar |