Xorvatiya Elm və İncəsənət Akademiyası (xorv. Hrvatska akademija znanosti i umjetnosti; HAZU), əvvəllər Yuqoslaviya Elm və İncəsənət Akademiyası (xorv. Jugoslavenska akademija znanosti i umjetnosti; JAZU) — Yuqoslaviyanın süqutundan sonra müstəqil Xorvatiyanın ali elmi müəssisəsi. Baş qərargah Zaqreb şəhərində yerləşir. Akademiyanın hazırkı prezidenti — Velimir Neydhardtdır (2019-cu ildən)[1].
Xorvatiya Elm və İncəsənət Akademiyası HAZU | |
---|---|
xorv. Hrvatska akademija znanosti i umjetnosti | |
Növü | milli elmlər akademiyası |
Yaranma tarixi | 1866 |
Rəsmi dili | xorvat dili |
Mərkəzi | Zaqreb, Xorvatiya |
Prezident | Zvonko Kuziç |
info.hazu.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
Akademiyanın yaradılması ideyası 1848-ci ildə Yosip Yuray Ştrosmayerin təşəbbüsü ilə irəli sürülmüşdü. 4 mart 1866-cı ildə Zaqrebdə Yuqoslav Akademiyası təsis edilmişdir. 1945-1990-cı illərdə Xorvatiya Akademiyası Yuqoslaviya Elmlər Akademiyasının tərkib hissəsi idi. 1990-cı ildən - Xorvatiya Konstitusiyası ilə təsbit edilmiş müstəqil elmi müəssisədir.[2]
Xorvatiya Elm və İncəsənət Akademiyası 9 şöbədən ibarətdir: