Xorvatiya dəmir yolları[1] (xorv. Hrvatske željeznice, HŽ) — Yuqoslaviyanın dağılmasından sonra formalaşmış Xorvatiyanın milli dəmir yol şirkəti.
Xorvatiya dəmir yollarının uzunluğu 2 974 km-dir. Bunun cəmi 248 kilometri iki xətlidir. 1 228 km məsafə elektrikləşdirilmişdir. Bu isə ümumi dəmir yolunun 41,3 % təşkil edir. Maksimal sürət 160 km/s-dır.
Ölkə ərazisində bir necə mühüm dəmir yol xətləri vardır:
Üstəlik Sloveniya, Macarıstan, Bosniya və Herseqovina və Serbiya istiqamətində xətlər fəaliyyət göstərir.
Dəmir yollarının təmirininə ehtiyac vardır. Yuqoslaviyanın dağılmasından sonra dəmir yollarının maliyyələşməsində müəyyən çətinliklər yaranmışdır. Mühüm dəmiy yollarının bir hissəsi hələdə elektrikləşdirilməmişdir. Bəzi yolların tap istifadəyə yarasızdır. Bununla belə həmin ərazilərdə sürəti azaltmaqla yollarda istifadə edilir.
Son on ildə Zaqreb-Novska-Vinkov dəmir yolu xətti təmir edilmişdir. Bu təmirdən sonra sürət 80 km/s-dan 120 km/s qədər artırılmışdır. Bəzən hətta sürətin 160 km/s çatddılırması belə mümkün olur. Dəmir yollarının təmiri hələ davam etdirilir.
Dəmir yollarında bir sıra problemlər vardır. Bir zamanlar dəmir yolları Yuqoslaviyanın[2] nəzarətində olmuşdur. Ölkənin dağılmasından sonra keçmiş əlaqələr bir müddət tamamən dayanmışdır.
İstriya şəhərinə bir başa dəmir yolu yoxdur. Əlaqəni təmin etmək məqsədi ilə yüklər Sloveniya ərazisindən keçməklə şəhərə çatdırılır. Halbuki, Riekanın şimalından tunel inşa etməklə əlaqəni təmin etmək olar. Dubrovnik — sərhədyanı ərazi Xorvatiyanın digər ərazilərindən təcrid olunmuşdur.