Xose Eduvixes Dias

Хose Eduvixis Dias (isp. José Eduvigis Díaz; 17 oktyabr 18337 fevral 1867, Asunson) — keçmiş paraqvay generalı. Dias Paraquani departamentinin Serro Vera şəhərində anadan olmuşdur. Onun valideynləri Xuan Andres Dias və Dolores Veradır.

Xose Eduvixes Dias
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1833(1833-10-17)
Vəfat tarixi 7 fevral 1867(1867-02-07) (33 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1852-ci ildən özünümüdafiə dəstələrinə sonradan isə № 40 polis batalyonuna qənul olunur. Asunsonun Polis rəisi vəzifəsinə qədər qalxır və Paraqvay müharibəsinin 1866-cı ilin yazında Korrientesdə həyata keçirilən reyddə özünü yaxşı tərəfdən göstərir. Dias 22 sentyabr 1866-cı ildə baş verən Kurupayte döyüşündə müttəfiqləri darmadağın edir. Bu hadisədən 4 ay sonra 7 fevral 1867-ci ildə Fransisko Solano Lopesin əmrini yerinə yetirərkən həlak olmuşdur. Onun vəzifəsi Kanoe çayı hövzəsinə kəşfiyyat təşkil etmək olmuşdur. Bu zaman onun yaxınlığında Braziliya gəmisindən açılan top mərmisi partlayır və o ağır yaralanır. Həkimlər onun həyatını xilas etmək üçün ayağını kəssələrdə onun həyatını xilas etmək mümkün olmur. Onun ölüm saatı zamanı general rütbəsi alır.

Kurupayte döyüşündən başqa o, Korrales, Estero Bellako, Tuyati, Bokeron və Saus döyüşlərində də iştirak etmişdir.

Onun ölümündən sonra cənazəsi Asusona gətirilir və çox minlik insan toplusunu müşayəti ilə tirpağa tapşırılır. Rekalet rayon qəbirsanlığında bastırılır. 1939-cu ildə onun nəşinin qalıqları Fransisko Solano Lopeslə birlikdə Panteon qəhrəmanlar qəbirsanlığında bastırılır.

Paraqvayın əsas şoselərindən (Puta) biri onun adını daşıyır.[1] Paraqvayın 100 quaraninin üzərində onun rəsmi əks olunub.

  1. "Ed. Ctr". 2003-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-02-02.