Paraqvay müharibəsi

Paraqvay müharibəsiParaqvayın müttəfiq Braziliya, UruqvayArgentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü ildə başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdir. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai),[3][4] Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-cü ilin 13 dekabrında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan 1865-ci ildə Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələnmiş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdir. Ölkə əhalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azalır (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi)[5]. Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri alır. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi[6].

Paraqvay müharibəsi
guerra de la Triple Alianza
Guerra do Paraguai
guerra contra la Triple Alianza
Müharibənin xronikası
Tarix 13 dekabr 1864[1] – 1 mart 1870
Yeri Cənubi Amerika, La-Plata hövzəsi, Korrentes (Argentina), Riu-Qrandi-di-Sul ,Matu-Qrasu (Braziliya) vilayətləri və bütün Paraqvay ərazisi.
Səbəbi Ərazi mübahisəsi, Braziliyanın Uruqvaya müdaxiləsi və öz adamını hakimiyyətə gətirməsi, Böyük Britaniyanın maraqlarının təminatı, Lopesin eksponsionist siyasəti, Paraqvayın dənizə çıxış əldə etmək istəyi.
Nəticəsi Paraqvayın məğlubiyyəti, ordunun tamamən darmadağın edilməsi, ərazisinin yarıya qədərini itirməsi, ölkədə təsərrüfatın tamamən məhv edilməsi.
Münaqişə tərəfləri

Paraqvay Paraqvay
(1864-1870)

  • Paravay Ordusu
  • Paraqvay Donanması
  • Mülki Ordu

Braziliya imperiyası
(1864-1870)

  • Braziliya impeyiya ordusu
  • Braziliya imperiya donanması
  • Braziliya Marine Korpusu


Uruqvay Uruqvay
(1865-1869)

  • Uruqvay Ordusu


Argentina
(1865-1869)

  • Argentina Ordusu
  • Argentina Donanması
  • Mülki Ordu
Komandan(lar)

Paraqvay Fransisko Solano Lopes
Xose Eduvixes Dias
Bernardino Caballero
Pedro Iqnasio Meza
Antonio de la Kruz Estiqarribia
Venseslao Robles
Elizardo Aquino
Fransisko İsidoro Resquin
Telmo Lopez

II Pedro
Luis Alvis di Lima Silva
Luis Filip Qaston di Orleans
Fransisko Manuel Barroso da Silva
Manuel Marques de Sousa
Manuel Luis Osorio
Xuan Manuel Mena Barreto
Bartolame Mitre
Dominqo Faustino Sarmiento
Xuan Andres Gellyu Obes
Venansio Flores
Enrique Kastro
Leon de Pallexas

Tərəflərin qüvvəsi

Paraqvay Paraqvay 150,000

200,000
30,000
Uruqvay 5.583

İtkilər

Paraqvay 300,000 mülki və hərbi itkilər

50.000 əsgər
18,000 əsgər
Uruqvay 3,500 əsgər
Ümumi itkilər 90.000 - 100.000 arası[2]

Ümumi itkilər
390,000 +
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Münaqişənin tarixi

[redaktə | mənbəni redaktə et]

Portuqalların Cənubi Amerikada müstəmləkəsini genişləndirərək Parana və Uruqvay çayı hövzəsinə irəliləməsi ispanlarla sərhəd toqquşmalarına gətirib çıxarmışdı. Sərhədin müəyyənləşməsi üçün bir çox anlaşmalar (Utrext sülh anlaşması, Madrid anlaşması, San İldefonso anlaşması) imzalansada sərhədlərin tam dəqiqləşdirilməsi mümkün olmamışdır. Bu anlaşmalara hər iki tərəf öz istədiyi kimi yanaşırdı. Portulaliya sərhədin İqurey çayından keçməsini desə də İspaniya bu fikri qəbul etmirdi. İspanlar bu çayı Karapa adlandırırdılar. Bu mübahisələrə baxmayaraq həmin ərazilər Paraqvayın ərazisinə daxil idi. Nə qədər ki, Braziliya ilə Paraqvay arasında isti münasibətlər var idi. Münaqişə sanki yada düşmürdü amma iki ölkə arasında münasibətlər korlandıqdan sonra sərhəd problemi aktivləşir. 1860-cı illərdə Braziliya mövcud vəziyyəti pozaraq İqurey çayı sahillərində Doradus qalasını tikir.

Paraqvay müharibədən öncə

[redaktə | mənbəni redaktə et]
Fransisko Solano Lopes. Paraqvay Prezidenti

Paraqvay Cənubi Amerika regionunda fərqli olaraq (Xose Qasperi Radriqes Fransi və Karlos Antonio Lopes dövründə) iqtisadi cəhətdən qapalı siyasət yeridirdi[7]. Hakimiyyət əsasən qapalı iqtisadiyyat kursunu götürmüşdü. Lopesin hakimiyyəti dövründə (oğlu Fransisko Solano Lopes) ağır mərkəzləşdirmə siyasəti yeritdiyindən, vətəndaş cəmiyyətinin inkişafına imkan yox idi. Ölkə sanki Lopes ailəsinin şəxsi mülkiyyətində idi[8]. Bununla belə 1844-cü ildə ölkədə quldarlıq və işgəncə vermə üsülları rəsmi olaraq ləğv edilir.

Torpaqların böyük hissəsi (98%) dövlətin əlində cəmləşmişdi. Ölkədə fəaliyyət göstərən müəsisələrin böyük əksəriyyətidə dövlətin əlində idi. 64 sayda isp. Estancias de la Patria adlı, dövlət tərəfindən idarə olunan mülkiyyət forması meydana gəlir. Ölkəyə 200-dək mütəxəsis olan xariçi vətəndaş işləyirdi. Antonio Lopes xariçilərə heçdə isti münasibət bəsləməsədə ölkənin modernləşdirilməsini həyata keçirmək üçün Avropadan mütəxəsislər cəlb etməli olur. Ölkəyə gələn mütəxəsislər TeleqrafDəmiryol nəqliyyatının çəkilişlərində işləyirdilər. Bu sahələrin inkişafı öz növbəsində ölkədə tikinti, toxuculuq, kağız və çap sənayesi, gəmiqayırma və barıt hazırlama sənayesinin inkişafına təkan vermişdi.

İxracata dövlət tam nəzarət edirdi. Ölkə əsasən qiymətli Ağac (material) növlərinin və Mate adlandırılan Paraqvay çayının ixracatı ilə məşğul idi.[9] Qonşu dövlətlərdən fərqli olaraq Paraqvay heç vaxt daxili İstiqrazları almırdı. Bu siyasət Fransisko Solano Lopesin hakimiyyəti dövründə də davam etmişdir. Hökumət ordunun modernləşdirilməsinə xüsusi diqqət yetirirdi.

1850-ci ildə İbukucda hərbi emalatxana istifadəyə verilir. Burada Döyüş topuMortir səhra topları istehsal edilirdi. Habelə müftəlif kalibirli güllələr də buraxılırdı. Asunsonda yerləşən Gəmiqayırma zavodlarında hərbi gəmilər hazırlanırdı.

AvropaAmerika dövlətləri ilə diplomatik əlaqələr qurulsada bu əlaqələr heçdə birmənalı olmur. ABŞla münaqişə həddinə gəlinmiş, Argentinada 1845–1846-cı illərdə baş verən vətəndaş müharibəsinə də müdaxilə olunmuşdur. Səbəb isə Argentina prezidenti Rosasın Paraqvayı müstəqil ölkə kimi tanımaması idi. İqtisadiyyatın davamlı inkişafı beynəlxalq bazara çıxışın olmasını tələb edirdi. Paraqvay materik daxili ölkə olması onun inkişafına öz mənfi təsirini göstərirdi. Dənizə Parana çayıParaqvay çayı vastəsi ilə axın istiqamətində çıxa bilərdi. Lopes Atlantik okeanına çıxmaq və onun sahilində liman inşa etmək istəyirdi, ancaq bu yalnız Braziliyanın torpaqlarının işğalı ilə mümkün ola bilərdi. Ordunun güçləndirilməsinə xüsusi diqqət verilirdi.[10]

Bunun reallaşması üçün hərb sənayesi inkişaf etdirilirdi. Orduya çağırışlar artırılır və əsgərlərə yaxşı təlim keçilirdi. Xarici ölkələrdə müttəfiqlər axtarılırdı. Bu məqsədlə Uruqvayın Uruqvay Milli Partiyası ilə əlaqə yaradılırdı buna qarşılıq Uruqvay Kolorado Partiyası Argentina və Braziliya ilə müttəfiqlik danışıqları aparırdılar.[11]

Region dövlətləri

[redaktə | mənbəni redaktə et]
1864-cü ildə La-Plata bölgəsi. Mübahisəli ərazilər.

BraziliyaArgentina müstəqillik qazandıqdan sonra Buenos-AyresRio-de-Janeyro hökumətləri arasında La-Plata hövzəsinə sahib olmaq uğrunda mübarizə başlayır. Hegemonluq uğrunda mübarizə bölgə dövlətlərinin xariçi və daxili siyasətlərinə öz təsirini göstərirdi[12]. Bu addımlar 1825–1828-ci illərdə bölgədə Argentina və Braziliya müharibəsinə səbəb olur. Bunun nəticəsində Uruqvay müstəqil dövlət olur (Braziliya onu yalnız 1828-ci ildə tanıyır). Bundan sonrada düz iki dəfə bu səbəbdən iki ölkə arasında məsələ az qala müharibə həddinə gəlir. Argentinanın məqsədi Rio-de-la-Plata vitse-krallığına daxil olan əraziləri (Uruqvay və Paraqvay) birləşdirmək idi. XIX əsrin birinci yarısından buna doğru irəliləyirdi ancaq bütün cədhləri heç bir nəticə vermirdi. Səbəb isə Braziliyanın ona maniə olması idi. Məhz Braziliya hələ Portuqaliyanın müstəmləkəsi olarkən 1811-ci ildə Paraqvayın müstəqilliyini tanımışdır. Braziliya Argentinanın bölgədə artan mövqeyini zəiflətmək və balansı qorumaq üçün Paraqvay və Uruqvayın müstəqilliyini dəstəkləyirdi. Onların istiqlaliyyətinin əsas qarantı olan ölkə idi. Üstəlik Paraqvay özü də dəfələrlə Argentinanın daxili siyasətinə qarışırdı. 1845–1852-ci illərdə Buenos-Ayres hökumətinə qarşı vuruşan KorrentesEntre-Rios bölgələrini öz qoşunu ilə dəstəkləmişdi.

Braziliya İmperatoru II Pedro

Bu ərəfədə Paraqvay və Braziliya arasında isti əlaqələr mövcud idi. Üstəlik Argentina prezidenti Xuan Manuel Rosasa qarşı düşmən münasibət bəslənilirdi. Onun hakimiyyətdə olduğu 1852-ci ilə qədər Braziliya Paraqvaya hərbi-texniki yardım göstərirdi. Parana çayı hövzəsini güçləndirməyə və orduya yardım etməyə xüsusi fikir verirdi. Braziliyanın Matu Qrasu ilə bir başa əlaqə yaratmaq üçün Paraqvayın çaylarından istifadə etmək məcburiyyətində idi. Səbəb isə bölgə ilə quru əlaqəsinin olmaması və yalnız su ilə əlaqənin yaradılması idi. Bu məsələdə bəzən icazənin alınmasına paraqvaylılar tərəfindən müəyyən maniələrin törədilirdi. Digər bir Paraqvay üçün xoşa gəlinməyən vəziyyət isə Braziliyanın demək olar ki, Uruqvayı iqtisadi cəhətdən əlində saxlaması idi. Braziliyanın bu məsələdə iqtisadi maraqları vardı. Üstəlik uruqvayın brazilyalı mülkü əhalisi iqtisadi və siyasi cəhətdən böyük gücə malik idilər. Brazilyalı biznesmen İrineu Evanqelista di Suza əslində Uruqvayın dövlət bankı rolunu oynayırdı. Uruqvayda milliyyətçə braziliyalı əhalidən təşkil olunmuş 400 yaşayış məntəqəsi (port. Estancias) vardı. Hansı ki, ölkə əhalisinin ⅓ təşkil edirdi.

Braziliya ordusunun zabiti və əsgəri

Bu ərəfədə Braziliya üç dəfə Uruqvaya siyasi və hərbi müdaxilə etmişdir. 1864-cü ildə Kolorado partiyasının rəhbəri Venansio Flores və hökumət numayəndələrinin Braziliyaya müraciəti və bunun nəticəsində Atomasio Aqirrenin hakimiyyətdən uzaqlaşdırılması müharibəyə təkan verən əsas səbəblərdən biri idi. Çox böyük ehtimal ki, bu addımlarda Böyük Britaniyanın da təsiri olmuşdur.

Müharibənin başlamasına əsas səbəb kimi kolonistlər dönəmindən qalan problemlər və Lopesin[13] eksponsionist siyasətində görülür. Belə ki, onun hakimiyyəti dövründə Uruqvay, Argentina və Braziliyanın daxili işlərinə müdaxilə edilirdi. Digər bir variant isə Böyük Britaniyanın regiondakı maraqlarından yaranmışdı. O bölgənin güçlənməsini və vahid dövlət altında birləşməsini istəmirdi. Səbəb isə bölgə ehtiyatlarına asan şəkildə yiyələnmək istəyi idi. Amerika vətəndaş müharibəsi nəticəsində Britaniya tələbatı olan Pambıq ehtiyacını məhz bölgə hesabına ödəmək istəyirdi.[14]

Braziliyanın Uruqvaya müdaxiləsi

[redaktə | mənbəni redaktə et]

Braziliya 1864-cü ilin aprelində Uruqvaya Joze Antoniu Saraivanı diplomatik nümayyəndə olaraq göndərir. Nümayədənin məqsədi Braziliya qauco-fermerlərinə Uruqvay fermerləri tərəfindən dəymiş zərərin Uruqvay tərəfindən ödənilməsini təmin etmək idi. Belə ki, Uruqvay müharibəsində braziliyalı fermerlərə dəymiş zərəri Uruqvay ödəməli idi.

Uruqvay Prezidenti Atanasio Aqirre

Uruqvay Prezidenti Atanasio Aqirre bu idianı rədd edir. Solano Lopes danışıqlarda özünün vasitəçi rolunu təklif etsədə, Braziliya bu təklifi qəbul etmir. Bundan sonra Lopes Braziliyanın Uruqvaya müdaxiləsi bölgədə balansı pozacağını bildirir. Bundan sonra 1864-cü ildə Paraqvay Braziliya ilə bütün siyasi əlaqələri kəsir. 12 oktyabrda Braziliya ordusu Uruqvaya müdaxilə edir. Bu zaman Venansio Plores və kolorado partiyası Argentinanın dəstəyi sayəsində Braziliyalılarla birləşir. Nəticədə isə Aqirre hakimiyyətdən uzaqlaşdırılır[15].

Uruqvay prezidenti Venansio Flores.

Braziliya Uruqvaya hücüm zamanı Blanko partiyası (Milli partiya) Lopesdən yardım istəyir. Paraqvay bu çağırışa zamanında cavab verə bilmir. Bunun əvəzinə 12 noyabr 1864-cü ildə paraqvaylilara məxsus "Takuari" gəmisi Braziliyanın paraqvay çayında Matu-Qrasu vilayyətinə[16] üzən "Markiz Olinda" gəmisinə hücum təşkil edilir. Gəmidə küllü miqdarda qızıl, silah-sursat və Riu-Qrandi-du-Sul əyalətinin qubernatoru Federik Karneyru Kanpusda vardı.13 dekabr 1864-cü ildə Paraqvay Braziliyaya müharibə elan edir. Paraqvay Uruqvayın "Blankos" partiyasına zamanında yardım edə bilməməsinin əsas səbəbi Paraqvay qüvvələrinin bölgəyə getməsi üçün Argentina ərazisindən keçməsi idi. Bu səbəbdən F. S. Lopes 1865-ci ilin martında Argentina Prezidenti Bartolome Mitreyə müraciət edirərək 25,000 əsgəri Venseslao Rablesin başçılığı ilə Korrentes vilyyətindən keçməklə Uruqvaya getməsinə icazə verməsini istəyir. Bartolome Mitre Braziliya və Uruqvayla razılaşmada olduğundan buna razı olmur. 1865-ci ilin 18 mart Paraqvay Argentinaya müharibə elan edir. Uruqvay isə artıq Venansio Floresin başçılığı altında Braziliya və Argentina ilə birliyə qoşulur. Bununla da Üçlər Birliyi meydana gəlir.

Paraqvay ordusunun geyim forması

Müharibənin əvvəlində paraqvay ordusunun ehtiyatında 60,000 qüvvə vardı ki, onunda 38.000 yaxşı təlim görmüş əsgərlər idilər. Paraqvay donanması 23 böyük olmayan Buxar gəmisidən və bir sıra kiçik qayıqlardan (Takuari kanoneri)[17] ibarət idi. Bunlarında çoxu mülki gəmilərin hərbi silahlarla təhciz ediləsi hesabına hərbçilərin istifadəsinə verilmişdi. Avropadan güllə keçirməz, zirehli gəmilər sifariş verilir amma müharibə başlıyana qədər olar gətirilə bilinmir. Sonradan bu gəmiləri Braziliya tərəfindən alır və onun hərbi donanmasına qatılır. Paraqvayın artilleriya cəhətdən 400 topu vardı. Bu baxımından Üçlər birliyi paraqvaya uduzurdu. Müttəfiqlərdən Argentinanın daimi 8500 əsgəri, eskadriliyasında 4 paraxod və bir Şxun vardı. Uruqvaya isə Argentina donanmasız girmişdi, hücum 2000 quru qoşunu ilə təmsil olunur. Braziliya 16000 quru qoşunu vardı ki, onunda böyük əksəriyyəti ölkənin cənubuna yerləşdirilmişdi[18].

Bununla Braziliyanın güclü donanması vardı. Donanma əsasən 42 hərbi paraxod, 239 silah və 4000 şəxsi heyətdən ibarət idi. Donanmanın böyük qismi markiz Tamandaenin başçılığı ilə La-Plata hövzəsində təmərküzləşmişdi. Onlar Agirrenin hakimiyyətdən uzaqlaşdırılması ücün bölgəyə yerləşdirilmişdi. Ordunun çoxluğuna baxmayaraq Braziliya ordusu müharibəyə hazır deyildi. Ordu yaxşı təhciz olunmamışdı. Uruqvayda döyüşən qüvvələr əsasən bölgə siyasətçilərdən və Milli qvardiyadan təşkil edilmişdi. Bu səbəbdən Paraqvay müharibəsində iştirak edən braziliya qüvvələri əsasən peşəkarlar deyildi. Onların böyük qismini könüllülərdən təşkil edilmişdi. Braziliyada onları "Vətən Könüllüləri" port. Veluntários da Partido adlandırırdılar. Könülülərin böyük əksəriyyəti qullar idi ki, onlarında bir qismini fermerlər göndərirdi. Kavalerlər isə Milli qvardiyanın Riu-Qrandi-di-Sul vilayyətindən toplanmış əsgərləri idi. 1 may 1865-ci il Buenos Ayresdə üç ölkə arasında Üçlər birliyi hərbi ittifaqının yaradılması haqqında saziş imzalanır. Bu birliyə Braziliya, Argentina və Uruqvay daxil idi. Birliyin hədəfi Paraqvaya qarşı birgə mübarizə aparmaq idi. Bu birliyə ali baş komandan Argentina prezidenti Batolome Mitre[19] təyin edilir.

Paraqvayın hücumu

[redaktə | mənbəni redaktə et]
Braziliya korpusunun əsgərləri "Vətən Könüllüləri"

Müharibənin əvvəlində böyük üstünlük Paraqvayın əlində idi. İlk döyüşlər 1864-cü ilin dekabrında Matu-Qrasunun şimalında, 1865-ci ilin əvvəlində isə Rui-Qrandi-di-Sul vilayyətinin cənubunda və Argentinanın Korrentes villayətində baş verir. Paraqvay iki qurpla Matu-Qrasuya soxulur. Paraqvay ordusu say baxımından çox olması onun irrələməsini və işğalını surətləndirirdi. 5000 ordu Visente Barriosanın başçılığı ilə Paraqvay çayının simalına doğru onlarla gəmi ilə istiqamətlənirlər. Nova Koimbra Limanına edilən hücum zamanı kiçik qrupla (155 nəfərlik qüvvə) Ermenqildu di Albukerke Port Karreru (sonradan baron Port Koimba titulu alır) istehkamın müdafiəsini yalnız üç gün təşkil etmək mümkün olur.

Bartolome Mitrenin portreti 1870

Silahın bitməsi ilə müdafiəçilər "Anyambay Kanoner qayığında" limanı tərk etməli olurlar. Tərk edilmiş limanı ələ keçirən paraqvaylılar oradan şimala doğru istiqamətlənirlər. 1865-ci ilin yanvarında ordu Albukerke və Korumba şəhərlərini tutmağa müvəffəq olur. Burada paraqvaylılar bir necə gəmi, o cümlədəndə "Anyambay" qayığı ələ keçirlir. İkinci kolonna 4,000-lik qüvvə ilə polkovnik Fransisko İsidoro Reskinin başçılığı ilə Matu Qrasu bölgəsinin cənubuna irrəliləyir. Bu birləşmənin bir bölüyü mayor Martin Urbet 29 dekabrda 1864-cü ildə Braziliyanın elədə böyük olmayan, 16 nəfərdən ibarət bölüyünə hücum təşkil edilir. Onlara Antoniu Joame Ribeyru başçılıq edirdi. Onlar tam məhv edildikdən paraqvaylılar yoluna davam edirlər. Polkovnik Joze Diaz da Silvianın qüvvələri məğlub edildikdən sonra onlar Nioakve və Miranda rayonlarına istiqamətlənir. 1865-ci ilin aprelində Kosin rayonuna hücum təşkil edirlər. Paraqvaylıların böyük uğurlarına baxmayaraq Kuyabuya hücumu dayandırırlar məqsəd La Plata hövzəsini işğal etmək və braziliya ordusunu cənubdan yayındırmaq idi. İkinci addım Korrientes və Braziliyanın Riu Qrandi du Sul ərazisinə hücüm etmək idi. Lopes Argentinaya hücum zamanı Korreintes və Entre Rios bölgələrinin qubernatoru Xusto Xose de Urkisa müraciət edir. O Mitrenin, Buenos-Ayres hökumətinin əlehdarı və federalistlərin başçısı idi.

Urkis paraqvaylılara ikili münasibət bəsləyirdi hansıki, 200 km cənuba irəlilədikdən sonra dayanmalı olmuşdular. Paraqvay eskadrası Parana çayı ilə üzərək burada Argentina gəmisini Korreintes limanına sıxışdırır. Roblesin qüvvələri isə şəhəri ələ keçirir. Eyni zamanda polkovnik Antonio de La Kruz Estiqqibinin başçılığı ilə 10,000-lik qüvvə ilə Argentina sərhəddini Enkarnosondunun cənubundan keçir. 1865-ci ilin mayında o Braziliyanın Riu-Qandi-di-Sul vilayyətinə catır. Oradansa Uruqvay çayına enirlər, bundan sonra 1865-ci ilin 12 iyununda San-Borja şəhəri tutulur. Cənubda yerləşən Uruqvayna 5 avqustda elədə böyük müqavimətə rast gəlinmədən ələ keçirilir.

Müharibənin gedişində Argentinada vəziyyət

[redaktə | mənbəni redaktə et]
Barabançı oğlan (Argentina quru qoşunları taboru)

Argentinalıları Paraqvay müharibəsinin əvvəlində birləşdirmək mümkünsüz olur. Onlar Mitrenin Braziliya ilə müştərək fəaliyyətini hec də bir mənalı qarşılamırdılar. Bir çoxları paraqvalılara qarşı müharibəni qardaşlarına qarşı müharibə hesab edərək ona qarşı çıxırdılar. Onlar müharibənin səbəbini paraqvayın işğalçı siyasətində deyil, Mitrenin şəxsi hədəflərində görürürdülər. Bu fikir tərəfdarları düşünürdülər ki, Lopes Braziliyaya hücum edərkən Argentinanı özünə arxa, hətta müttəfiq hesab edir. Mitrenin isə Braziliya tərəfə keçməsi Paraqvay tərəfi üçün gözlənilməz olmuşdur.

Korrentes vilayətində qadınların oğurlanması xəbəri paytaxta çatır və bu xəbər gözlənilməz olsa da, müharibə tərəfdarları üçün göydəndüşmə olur. Xalqın böyük bir qismi bu hadisəni milli təhqir hesab edir. Nəticədə isə müharibə tərəfdarlarının sayı durmadan artır və müharibənin genişlənməsinə səbəb olur.

Müharibənin gedişində müharibə əleyhdarlarının yürüşləri və çıxışları ilə zəngin olmuş və müharibəyə qarşı çıxmışlar. Buna misal kimi 3 iyul 1865-ci ildə Basualdoda 8,000 hərbi qulluqçu Entre-Rios[20] vilayətində paraqvaylılara qarşı vuruşmaqdan imtina etmişlər. Bu hadisəyə Buenos-Ayres elədə sərt tədbir görmədilər. Növbəti üsyan 1865-ci ilin noyabrında Toledoda baş verir. Entre-Riosdakı üsyandan fərqli olaraq üsyan Braziliya qüvvələrinin sayəsində amansızlıqla yatırılır. 1866-cı ilin noyabrında Mendosa vilayətində də üsyan baş verir. Sonradan üsyan San-Luis, San-Xuan və La-Riox vilayətlərinə keçir. Bu üsyanların yatırılması üçün Argentina öz qüvvələrinin bir hissəsini əraziyə göndərir. Hətta prezident Mitre Paraqvaydakı işini yarımçıq saxlayaraq orduya rəhbərlik üçün ora getməli olur. 1867-ci ildə Santa-Fe vilayətində və 1868-ci ildə isə Korrentesdə üsyanlar başlayır. Müharibə bitdikdən sonrada belə üsyanlar səngimirdi. 1870-ci ilin aprelində Buenos-Ayres hökumətinə qarşı Entre-Rios vilayətində üsyan baş verir. Bu üsyanlar amansızlıqla yatırılsa da, Argentinanın həqiqi mənada qüvvəsini tükəndirmiş və onu xeyli zəiflətmişdi.

Braziliyanın addımları

[redaktə | mənbəni redaktə et]

1865-ci ilin aprelində braziliya qoşunları 2780 nəfərlik dəstəsi polkovnik Manuel Pedru Draqanun başçılığı ilə Minas-Jerays vilayətinin Uberaba şəhərindən çıxırlar. Hədəf isə Matu-Qrosu vilayətinə gələrək bura hücum edən paraqvaylıların qarşısını almaq idi. 1865-ci ilin dekabrında dəstə ağır ikiyüz kilometrlik (dörd vilayəti keçəndən sonra) yürüşdən sonra Koşinə çatırlar. Ancaq Koşinə dəstə gəlib catana qədər paraqvaylılar oranı artıq tərk etmişdir. 1866-cı ildə polkovnik Draqunun qoşunu Miranda rayonuna gəlir. Oranında artıq paraqvaylılar tərəfindən tərk edildiyinə şahid olur. 1867-ci ilin yanvar ayında dəstə 1680 nəfərə qədər azalır, sonradan yeni komandir Karlus di Morais Kamisanonun başçılığı ilə Paraqvay ərazilərinə yürüş təşkil etsələrdə onlar Paraqvay kavalerləri (Süvariləri) tərəfindən geri otuzdurulur.

Braziliya ordusunun taboru, Kruzu, 1866-cı il (Kandido Lopesin şəkli)

Braziliyalıların 1867-ci ilin iyun ayında Korutbudakı uğurlarına baxmayaraq, paraqvaylılar Matu-Qrosu vilayətində möhkəmlənə bilirlər. Onlar bu əraziləri ancaq 1868-ci ildə tərk etməli olurlar. Səbəb isə müharibənin ölkənin cənubuna keçməsi idi. Onlar qüvvələri məhz cənuba yerləşdirmişdilər.

La-Plata hövzəsində bir necə quru yol olsa da ərazilərə əsas gediş-gəliş əsasən çaylar vastəsi ilə həyata keçirilirdi. Çaylara nəzarət edən müharibənin gedişinə təsir göstərə bilərdi.

Riacuelo dəniz döyüşü (Meyrelles di Limanın şəkili)

1865-ci ilin 11 iyunda donanmalar arasında Riacuelo dəniz döyüşü olur. F. S. Lopesin planına əsasən paraqvay donanması gözlənilmədən özündən dəfələrlə böyük olan braziliya donanmasına qəfil zərbə endirməli idi. Ancaq texniki cəhətdən gözlənilməz zərbə endirmək planı mümkün olmur. Braziliya donanması Fransisku Manuel Barrozo do Silvanın başçılığı altında Paraqvayın güclü donanmasını məhv edir və paraqvaylıların Argentinanın daxilinə irəliləməsinin qarşısı alınır. Bu döyüş faktiki olaraq müharibənin gedişatını Üçlər birliyinin lehinə dəyişir. Paraqvay bundan sonra aktiv olaraq donanmanı istifadə edə bilmirdi. Bu qalibiyyətdən sonra Üçlər birliyi La Plata hövzəsi çaylarına nəzarəti tam ələ keçirirlər[21]. Bu ərəfədə Lopes Korrientesi ələ keçirən qüvvələri geri çəkilməyi əmr edir. Cənuba doğru isə qüvvələr irəliləyərək İtaki və Uruqvayanu ələ keçirirlər. 17 avqustda dəstələrdən biri (3200 qüvvə Pedru Duartenin komandanlıq etdiyi dəstə) Uruqvay çayı sahilində Floresin rəhbərlik etdiyi qüvvələr tərəfindən Jatai döyüşündə darmadağın edilir. 16 iyunda Braziliya ordusu Riu Qrandi du Sul Uruqvayanini mühasirəyə alır. Bir müddət sonra müttəfiq qüvvələri onlara qoşulur. Birliyin qüvvələri Konkordiya şəhəri yaxınlığındakı düşərgədə toplanmışdı (Argentina, Entre-Rios vilayəti). Ümumi komandanlıq Mitre, braziliya qüvvələrinə isə fred-marşal Manuel Luis Ozoriu başçılıq edirdi. Qüvvələrin bir hissəsi general-leytenat Manuel Markiz di Suzanın (baron Portu-Aleqri) başçılığı ilə Uruqvaydakı Paraqvay qüvvələrini məhv etməyə göndərilir. Bunun nəticəsi olaraq 18 sentyabr 1865-ci ildə Paraqvay ordusu təslim olmağa məcbur olur. Növbəti aylarda isə Argentina torpaqları paraqvaylılardan təmizlənir. Paraqvaylılar Korrientes və San Kosmeni tərk etməli olur. 1865-ci ilin sonlarında "Üçlər birliyi" tərəfindən artıq 50,000 əsgər toplanılır və onlar Paraqvaya hücum etməyə hazır idilər.

Müttəfiqlərin Paraqvaya hücumu

[redaktə | mənbəni redaktə et]
Tuyuti döyüşü (Kandido Lopes şəkili 1876–1885)
Paraqvay ərazisinə təşkil edilən hücum planı

Müttəfiqlər Paraqvaya əsasən Paraqvay çayı istiqamətindən daxil olur. İlk hücum Paso-de-la-Partiya qalasına təşkil edilir. 1866 aprel — 1868-ci illər ərzində hərbi əməliyyatlar əsasən Paraqvay və Parana çayı hövzəsində gedirdi. Buna səbəb isə Paraqvay qüvvələrinin orada cəmlənməsi idi.

Üçlər birliyi ilk uğurlara baxmayaraq bu istehkamlar onların irəliləməsini 2 il geçikdirir. İlk ələ keçirilən istehkam İtapiru olur. Paso de la Partiya (25 aprel 1866) və Estero-Belyakodan döyüşündən sonra müttəfiqlər Tuyuti bataqlığında düşərgə salırlar.

Paraqvay artilleriyası Kurusu döyüşü

Onlara 24 may 1866-cı ildə paraqvaylılar müttəfiqlərə hücum edirlər ancaq məğlub olurlar. Birinci Tuyuti döyüşü Cənubi Amerika tarixində ən böyük döyüş olur. iyul 1866-cı ildə 1 braziliya korpus rəhbəri Ozoriu Polidor da Fonsek Kintahilya Jordanla əvəzlənir. Bu ərəfədə döyüş bölgəsinə Riu-Qrandi-du-Sul 2 braziliya korpusu daxil olur ki, onların sayı 10,000 nəfər olaraq baron Portu Aleqri rəhbərlik edir. Onlar Umayte istehkamını ələ keçirmək üçün ilk növbədə Kurusu və Kurupayti çökməli idi. Kurusunu Portu Aleqri bir həmlə ilə paraqvay mövqelərini ələ keçirilir.

12 iyul 1866

Kurupaytidə isə general Xose Eduvixes Dias güclü dirəniş göstərir. 20,000-lik Argentina və Braziliya qüvvələri Mitre və Portu Aleqri və admiral Tamandare başçılığı ilə irəliləsədə geri oturdulurlar. Müttəfiqlər bir necə saat çəkən döyüşdə 5,000 itki verirlər. Bu hadisə müttəfiq ordusunda böhran yaradır və hücum əməliyyatları müəyyən müddətə səngiyir.

Həlledici döyüşlər

[redaktə | mənbəni redaktə et]
Kurupayti döyüşü

12 sentyabrda 1866-cı ildə Solano Lopes Argentina prezidenti Mitre ilə görüşür amma danışıqlar baş tutmur. Danışıqların müsbət nəticələnməməsinin əsas səbəbi Braziliyanın buna böyük təpki göstərməsi idi. Belə ki, Braziliya müharibənin bu formada bitməsini istəmirdi. Hərbi əməliyyatlar səngimək bilmirdi.

Luis Alvis di Lima Silva, hersoq Kaşias

10 oktyabr 1866 Braziliya ordusuna yeni komandan Luis Alvis di Lima Silva, markiz Kaşias (sonradan hersoq titulu alır) təyin edilir[22]. Kaşias noyabrda Paraqvaya gələrkən, burada braziliya ordusunun tamamən çökdüyünə şahid olur. Argentina və Braziliya ordusu pərakəndə şəkildə bir-birindən aralı yerlərdə düşərgə salmışdılar. Mitre və Flores ölkə daxili işlərlə əlaqədar ölkələrinə qayıtmalı olurlar. Tamandareni vəzifədən kənarlaşdırılır və onun yerinə Xuakin Joze İqnasio təyin edilir. Bu ərəfədə Riu-Qrandi-du-Sulda Braziliyanın 5000-lik ordusu vardı. Mitrenin yoxluğu zamanı Kaşias müttəfiq qüvvələrinə rəhbərliyi öz üzərinə götürür və ordunu yenidən təşkil edir. 1866 noyabrdan 1867-ci ilə qədər bir çox qabaqlayıcı tədbirlər görür. Belə ki, sağlıq mərkəzləri yaradılır, epidemiyaya qarşı təbirlər görülür (Hədəf zərər çəkmiş əsgərlərə yardım etmək və Vəba ilə mübarizə aparmaq idi), üstəlik ordunun təhcizatı artılır. Bu ərəfədə müharibə lokal xarakter alır, yalnız kiçik toqquşmalar baş verir və Kurupayti bombalanır. Lopes isə bu müddətdən istifadə edərək müdafiəni gücləndirir Umaytinin müdafiəsi təhcizatı artırılır. Kaşias əsas zərbəni paraqvay istehkamlarının sol cinahına endirməyi planlaşdırır. Hədəf isə Umayti ilə Asunson arasında əlaqəni kəsmək idi. O orduya Tuyuya-Kueyə irrələməyi əmr edir. Ancaq avqust 1867-ci ildə Mitre ordu komandanlığına qayıdır. O döyüşləri davam etdirməyi və paraqvayın sağ istiqamətində yerləşən istehkamlara hücum etməyi tələb edir amma bundan əvvəlki bu istiqamətlərdəki döyüşlərdə böyük itkilər vermişdi. Onun əmri ilə braziliya eskadronu irəliliyə doğru getsədə Umayti qalası önündə dayanmalı olur. Müttəfiq ordu rəhbərliyi arasında yenidən fikir ayrılığı yaranır.

Avai döyüşü (Ameriku di Riqeyredu və Melu, Pedrunun çəkdiyi şəkil)

Mitre hücumu davam etdirməyi təkid edidi, braziliyalilar isə şimalda yerləşən San-Solano, Pike və Tayini tutmağı və bununlada Humaita ilə Asunsonun əlaqəsini kəsməyi düşünürdülər ki, buda Kaşiasın ilkin planları idi. Buna cavab olaraq paraqvaylılar Tuyuyatiyə hücum təşkil edirlər ancaq bu uğursuzluğa dücar olurlar. yanvar 1868-ci ildə Mitre yenidən Argentinaya qayıtmalı olur və Kaşias yenidən komandanlığı üzərinə götürür. Onun əmrinə əsasən 18 fevral 1868-ci ildə Braziliya gəmiləri Delfin Karlusa di Karvalyonun (sonrada Baron Passajema titulu alır) başçılığı ilə Kurupayti və Umaiti istehkalarının arxasına keçərək onları Paraqvayın digər ərazilərindən tədric edir. 25 iyulda Humaita mühasirəsi qalanın fəthi ilə başa çatdlrılır. 24 avqustda Lopesə təslim olmaq təklifi edilir. Müttəfiqlər Asunsona doğru istiqamətlənirlər və burada 200 km-lik müdafiə xəttini keçirlər (Pikissiri çayından başlayaraq Aqosturu və İta-İbateyə qədər uzanırdı). Lopes burada 18,000 güvvə topluaya bilmişdi. Kaşias cəbhə döyüşünə girmək istəməyərək taktiki gedişlər edir. Mütəffiq donanması güçləndirilmiş Anqosturaya hücum etdiyi anda ordu Cako bataqlığında irəliləmək üçün yol inşa edirdi. Bu istiqamətdən ordu çayın sağ sahilinə keçir və buradan isə şimal-şərqə istiqamətlənirlər. Vileta şəhəri yaxınlığında ordu yenidən çayın digər sahilinə keçməli olur. Bu addımların hədəfi istehkamlarla Asunson arasında əlaqəni kəsmək olur. Ordunun bu cür hərəkəti "Pkissiri Manevri" adını alır. Əlaqə kəsildikdən sonra Kaşias köməksiz qalan Asunson üzərinə hücum əvəzinə cənuba istiqamətlənərək paraqvalıların əsas istehkamlarına zərbə endirir.

Boqueron döyüşü sonrası. Öldürülmüş Paraqvay əsgərləri

dekabr 1868-ci ildə Kaşias mühasirədə olan paraqvay qüvvələri üzərində bir sıra qələbələr əldə edir. Döyüşlər: İtororo (6 dekabr), Avari (11 dekabr və Lomas-Valentinas və Anqosture (30 dekabr). Bu döyüşlərdə paraqvay ordusunun qalıqları tam olaraq darmadağın edilir. 24 dekabrda müttəfiq qüvvələri komandanları (Braziliyadan Kaşias, Argentinadan Jelli və Obes, Uruqvaydan Enrike Kastro) Lopesə təslim təklifi edirlər. Fransisko Solano Lopes bu təklifi rədd edərək dağlıq ərazisi olan Serro Leana qacır. 1 yanvar 1869 da polkovnik Hermes Ermestu da Fonseka (Braziliya marşalı, 8-ci prezident Ermes Rodriqes da Fonsekanın atası) Asunsona daxil olaraq şəhəri tutur. Burada çoxlu saydə silah-sursat qənimət olaraq ələ keçirilir. Bu isə dordunun təhcizatını artırır və zəfələri bərpa etməyə imkan verir. 5 gündən sonra fredmarşal Kaşiasın qüvvələri şəhərə daxil olur. 13 gündən sonra o komandanlığı təhvil verir və Luis Filip Qaston di Orleansla əvəzlənir.

Son döyüşlər

[redaktə | mənbəni redaktə et]
Luis Filip Qaston di Orleans

Müharibənin sonuna yaxın ərəfədə Braziliya ordusuna imperator II Pedronun kürəkəni Luis Filip Qaston di Orleans təyin edilir. Onun məqsədi təkcə Paraqvayı çökdürmək deyil, həm də Braziliyanın mövqeyini bölgədə gücləndirmək idi.

1869-cu ilin avqustunda Üçlər birliyi Asunsonda müvvəqəti hökumət təşkil edirlər. Sirilo Antonio Rivarola Akosta müvvəqəti hökumətə başçı təyin edilir. Bununla belə Fransisko Solano Lopes mübarizəni davam etdirərək Asunsonun şimal-şərqində yerləşən dağlara çəkilir. Müharibənin son bir ilində Qraf Luis Filip 21,000-lik qoşunla paraqvayın partizan dəstələrinə qarşı vuruşur. Piribebui və Akosta-Nya döyüşlərində paraqvay tərəfindən 5000 nəfər itki verilir. Onların böyük əksəriyyəti uşaqlardan yığılmış əsgərlərdən təşkil edilmişdi. Solano Lopes 200 nəfərlik dəstə ilə şimal meşəliklərində gizlənirdi. Müttəqilər onu təqib edirdilər. 1 mart 1870-ci ildə general Joze Antoniu Korreya do Komaro paraqvaylıların son istinadgahı olan Serro-Korayanı ələ keçirirlər. Fransisko Solano Lopes təqib edilir və çayı keçmək istərkən öldürülür. Onun son sözləri "Mən vətən uğrunda ölürəm" (isp. ¡Murro por la Patria) olur[23]. Bununla da Paravay müharibəsinə son qoyulur.

Müharibənin ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Paraqvaylı əsirlər

Müharibə hər iki tərəfdən qanlı xarakter daşıyırdı. Hec kəsə rəhm edilmirdi. Lopes hətta öz qardaşı Paraqvay yepikopuna belə rəhm etməmişdir. Müharibədə çoxlu sayda kişi əhalisinin itkisi səbəbindən orduya hətta qadınlar və uşaqlarda çağrılırdı. 16 avqust 1869-cu ildə Akosta-Nyo döyüşündə 3500 nəfər uşaq iştirak etmişdir. Onlar əsasən 9–15 yaşlı uşaqlar təşkil edirdilər. Ümumilikdə döyüşlərdə 6000 nəfər uşaq iştirak etmişdir. Bu qəhrəmanlığa görə günümüzdə Paraqvayda 16 avqust Uşaq günü kimi qeyd edilir. Hər iki tərəfdən əsirlərə qarşı çox qəddar münasibət bəslənilirdi. Müttəfiqlərə əsir düşən paraqvaylıların çoxu qul kimi satılırdı. Üstəlik əsir düşən paraqvaylılar yenidən təşkil edilən Paraqvay legionuna təhkim edilərək, öz ölkələrinə qarşı vuruşmağa vadar edilirdilər. Bu cür öz ölkəsinə qarşı vuruşmağa məcbur edilən 800 nəfər paraqvaylı bu aqibəti yaşamışdır.

Müharibənin ümumi nəticələri

[redaktə | mənbəni redaktə et]
Paraqvay əsgəri oğlunun cənazəsi üzərində.(Xose İqnasio Qarmendia)

Paraqvay müharibənin gedişində ağır insan itkiləri verir. Onun miqyası mübahisə predmeti olaraq qalır ancaq böyük sayda əhali itkisi fakdır. 1871-ci ildəki siyahıya alınmada ölkədə 221,000 insanın yaşaması müəyyən edilir. Bu müharibədən öncə isə ölkədə 525,000 nəfər insan yaşamışdır. Deməli müharibə 300,000 insanın həyatına son qoyduğunu göstərir[24]. Ən ağır zərbə əsasən ölkənin kişi əhalisinə vurulmuşdur.1871-ci il siyahıya alıma ölkədə cəmi 28,000 kişinin yaşadığını müəyyən edir[25]. Bu da onu deməyə imkan verir ki, müharibə Paraqvayın kişi əhalisinin 90% həyatına son qoymuşdur[26][27]. Bu çur böyük itkilərin səbəbi ölkə əhalisinin Lopesə fanatik sədaqəti ilə bağlanılır. Ölkənin paytaxtı tutulduqdan sonra müharibə partizan müharibəsi xarakteri daşıyır. Bu da itkilərin miqdarını dahada artırır. Bu müharibədə ikinci ən ağır itki verən ölkə Braziliyadır. Braziliyadan 123,000 əsgər bu müharibədə iştirak etmişdir. Bundan 50,000 ölmüşdür. Bu insanların çoxu isə əhalidən toplanan (Matu Qrosu vilayətindən), könüllü əsgərlər və qullar idilər. Argentina müharibəyə 30,000 əsgər göndərmiş, onunda 18,000 döyüşlərdə ölmüşdür. Bunun da böyük hissəsi Korrentes vilayətindən yığılan mülki əhali təşkil edirdi. Uruqvay müharibəyə 5,600 əsgər göndərmişdir ki, bunun 3,100 nəfəri Avropadan gələn muzdlu əsgərlər idilər. Hərbi itkilərə nisbətdə mülki itkilər daha böyük idi. İtkilərin böyük əksəriyyəti xəstəliklər, aclıq və tibbi yardımın zəif olmasından irəli gəlirdi. Buna misal kimi Braziliya donanmasında 170 nəfər döyüşlərdə ölmüşdüsə də 107 nəfər adi vəziyyətdə, 1470 nəfər isə xəstəlik nəticəsində vəfat etmişdir. Braziliya ordusunun əsasını ölkənin şimal, şimal-şərq bölgələrindən orduya çağrılan kəndlilər təşkil edirdilər. Onlar cənuba gəldikləri zaman iqlim dəyişiklikləri, bölgə qidaları və yeməklərindəki fərqliliklər ağır nəticələrə gətirib çıxarırdı. Müharibədə ən çox can alan isə virus xəstəlikləri idi.

Braziliyada qələbə münasibətilə təşkil edilən parad, 1870.

1870-ci ildə müharibə sona çatdıqdan və Paraqvay darmadağın edildikdən sonra Argentina Braziliyaya gizli anlaşma təklif edir ki, orada Qran-Cakonu Argentinaya verilməsini istəyir. Əsas səbəb isə ərazilərdə Kebrasa adlı bir məhsul vardı ki, onu da dərilərin aşılanmasında istifadə edirdilər. Hətta Paraqvayın tam bölünməsi məsələsi aktual idi. Bununla Braziliya hökuməti Paraqvay dövlətinin yer üzündən silinməsini istəmirdi. Səbəb isə Argentina arasında bufer zonasını saxlamaq istəyirdi. Ona görədə təklif rədd edilir. Braziliya ordusu ölkəni müharibə bitdikdən sonra belə tərk etmir. 1876-cı ildə ordu ölkədən çıxarılır. Faktiki Braziliyanın sayəsində Paraqvay öz istiqlaliyyətini və mövcudluğunu qoruyub saxlaya bilir. Argentina isə Qran-Cakoya olan iddiasından əl çəkmir. Bu isə müttəfiqləri müharibə həddinə gətirir. Müharibə bitdikdən sonra hansısa sülh anlaşması imzalanmasada Üçlər birliyinə daxil olan dövlətlərlə ayrı-ayrılıqda anlaşmalar imzalanmmışdır. Argentina və Paraqvay arasında sərhədlərin dəqiqləşdirilməsi üçün uzun-uzadı danışıqlar baş verir. Bundan sonra sərhədlər müəyyənləşir. 3 fevral 1876-cı ildə iki ölkə arasında sərhəd anlaşması imzalanır. Misones bölgəsinin böyük əksəriyyəti və Qran-Cakonun bir hissəsi (Pilkomayo çayı və Rio-Bermexo çayları arasındakı ərazilər) Argentinaya verilir.

Paraqvayın itirdiyi ərazilər

Bəzi ərazilər isə (Verde və Pilkomaya çayının əsas qolları arasındakı ərazilər) mübahisə predmeti olaraq qalır. Bu məsələ Beynəlxalq məhkəməyə qədər gedib çıxır. Məhkəmədə ABŞ prezidenti Raterford Heys məsələni Paraqvayın lehinə həll edir. Onun şərəfinə ölkə departamentlərindən biri onun adı verilir[28]. 9 yanvar 1872-ci ildə Braziliya ilə Paraqvay arasında separat müqavilə imzalanır. Müqavilənin şərtlərinə əsasən Paraqvay çayında gəmilərin sərbəst üzməsinə icazə verilir. İki ölkə arasında sərhədlər isə müharibədən öncə Braziliyanın iddia etdiyi ərazilərin ona verilməsi əsasında həll edilir. Braziliya ələ keçirdiyi ərazilərin sayəsində Matu-Qrasu bölgəsinin ərazisini xeyli genişləndirir. Paraqvay həmçinin Braziliyanın müharibəyə sərf etdiyi vəsaiti ona qaytaracağını üzərinə götürür. Bu ödəmə yalmız 1943-cü ildə Braziliya prezidenti Jetuliu Varqas tərəfindən borçun silinəsi haqqında jesti sayəsində dayandırılır. Argentina və Braziliya ümumi olaraq 140.000 km² ərazi əldə edirlər ki, buda ovaxtkı Paraqvay ərazisinin yarısından bir qədər az idi. Müharibədən sonra bölgədə vəziyyət dəyişir. Belə ki artıq Paraqvay Argentinanın daxili işinə müdaxilə edə bilmir. Bununla belə Argentina maniyəsiz olaraq Qran-Cakonun istilasına başlayır. 1870–1917-ci illər ərzində Cakonun istilası başa çatdırılır. Qran-Cako vilayətinin bir hissəsi Argentinanın əlinə keçir.

1975-ci ildə Braziliya prezidenti Ernetu Bekman və Paraqvay prezidenti Alfredo Sterssner arasında imzalanan 'Dostluq və əməkdaşlıq' haqqında müqavilənin şərtlərinə əsasən Braziliya müharibədə əldə etdiyi qəniməti Paraqvaya qaytarır[29].

Braziliya müharibəyə görə çox ödəməli olur. Müharibə faktiki olaraq London bankı və bankir olan Berinq qardaşları tərəfindən maliyyələşirdi. Braziliya müharibənin 5 ilinə daha çox maliyyə ayırırdı nəyin ki əldə edirdi. Buda ölkədə iqtisadi böhrana yol açır. Xariçi ölkələrdən alınan küllü miqdarda borc ölkə iqtisadiyyatına on illiklərə öz mənfi təsirini göstərirdi. Bir çoxlarının fikrinə görə müharibə monarxiyanın devrilməsinə, üstəlik quldarlığın ləğvinə öz təsirini göstərmişdi (1888-ci il)[30]. Braziliya ordusu artıq yeni gücə malik olaraq, siyasi rol oynamağa başlayır.

Argentinada müharibə ölkə iqtisadiyyatının modernləşməsinə vəsilə olur. Bir necə on illiklər ərzində o Latın Amerikasının ardıcıl inkişaf edmiş ölkəsinə çevrilir. Yeni torpaqların ələ keçirilməsi onu La Plata hövzəsinin güclüsünə çevrilir.

Faktiki bu müharibədə qalib gələn Britaniya olur. Argentina və Braziliya ondan çoxlu miqdarda borc alırlar. Borcun ödənilməsi günümüzdədə davam edir. Braziliya bu borcu Jetuliu Varqasın dönəmində tam öldənilir. Bundan sonra nə Argentina nədə Braziliya Uruqvayın daxili işinə aktiv müdaxilə etmirlər. Uruqvayda Kolorado partiyası hakimiyyətə gəlir və ölkəni 1958-ci ilə qədər idarə edir.

Paraqvaya gəldikdə isə onun ucqalarında yerləşən ərazilər müharibə nəticəsində boşalır və Asunson ətafına köçürlər. Ölkənin əksər bölgələrində əhali natural təsərüffata keçirlər. Ərazilərin böyük hissəsi boşalır. Bu ərazilərın çoxu xariçilərə, xüsusi ilə Argentinaya icarəyə verilir. Ölkədə təsərüffatı darmadağın edildiş, ölkə bazarı Britaniya malları üçün açıq elan edilmişdi. Ölkə tarixində ilk dəfə olaraq daxili bazara ümumi dəyəri 1 milyon Funt sterlinq dəyərində istiqrazlar dövrüyəyə buraxılır. Müharibə Paraqvaya böyük miqdarda borc gətirir. 1876-cı ilə qədər ölkə işğal altında qalır. Yeni qurulan Paraqvay hökuməti demoqrafik bərabərsizliyi aradan qaldırmaq məqsədilə çoxarvadlığı qanuni elan etmişdir[31]

Müharibənin incəsənətə təsiri

[redaktə | mənbəni redaktə et]
Xuan Manuel Blanesin Paraqvaylı Qadın tablosu

Paraqvay müharibəsi region dövlətlərinin inçəsənət sahələrinə təsirsiz qalmır. Bu müharibənin hərbi əməliyyatlar mövzusunda çəkilmiş tablolar üstünlük təşkil edir. Bu mövzuya argentinalı Kandido Lopes və İqnasio Qarmendiya, braziliyalı Viktor Meyreles, Pedru Ameriku, uruqvaylı Xose Manuel Blanes müraciət edirlər. Müharibə ədəbiyyata da öz təsirini göstərir. Bir çox əsərlər müəlliflərinə dünya şöhrəti qazandırır. Buna misal kimi italyan yazıçısı Emilio Salqarinin "Paraqvay prezitentinin xəzinəsi" əsərini göstərmək olar. Müharibənin bəzi hadisələri Artur Konan Doylın Şerlok Holms haqqında yazdığı "Vesreria Lodjdə baş vermiş hadisələr" adlı povestində San-Pedro adlı uydurulmuş ölkənin timsalında Paraqvayı görmək olar. Salqari əgər paraqvaylılara müəyyən sevgi ilə yanaşır, onları üstün tutursa da, bu povestə Konan Doylya diktatoru San-Pedro ölkəsinin qan tökəni, zalım birisi kimi təsvir edir. Bundan başqa bu mövzuda bir sıra novellalar yazılmışdır.

  1. Karlos de Oliveira Gomes, A Solidão Segundo Solano López[32], 1982.
  2. Joseph Eskenazi Pernidxi və Mauricio Eskenazi e Pernidxi. Homens e Mulheres na Guerra do Paraguai, 2003.
  3. Lily Tusk The News From Paraguay, 2004.
  4. Francisco Doratioto. Maldita guerra. Sao Paulo, 2002.

Müasir kinoya da bu müharibə təcəssüm etmişdir. Belə ki, 2001-ci ildə braziliyalılar "Ruhunu itirmiş Netu" adlı (isp. Netto Perde sua Alma) film çəkilir. Bu filmdə Antonio di Soza Netunun müharibədəki rolu təsvir edilir. Bundan əlavə bölgə xalqlarının kinomatoqrafları bu mövzuya müraciət etmişlər.

  1. Fernando Ayala tərəfindən çəkilən Argentino hasta la muerte, Argentina (1971).
  2. Guillermo Vera tərəfindən çəkilən Cerro Cora (film), Paraguay (1978).
  3. Beto Souza və Tabaxara Ruas tərəfindən çəkilən Netto perde sua alma, Brazil (2001).
  4. Silvio Bask tərəfindən çəkilən sənədli film Guerra do Brasil, Brazil (1987).
  5. Xose Luis Garcya tərəfindən çəkilən sənədli film Candido Lopez — Los campos de batalla, Argentina (2005).
  6. Paraqvay müharibəsi Denis Wright tərəfindən çəkilən sənədli film, Brazil (2009).
  7. 2013-cü ildə irland rejissoru Allan Qilsenan çəkdiyi sənədli-bioqrafin "Eliza Linç: Paraqvay Kraliçası" (Eliza Lynch: Queen of Paraguay) filmi — bu film Fransisko Solano Lopesin irland sevgilisi Eliza Linç haqqındadır. Filmdə baş rolu aktrisa Meri Doyl Kennedi oynamışdır.

Müharibəyə müasir baxış

[redaktə | mənbəni redaktə et]

Müharibə indiyənə qədər mübahisə predmeti olaraq qalır. Əsasən Paraqvayda bu müharibə kiçik bir xalqın öz hüquqlarını diktə etmə cədhi kimi qiymətləndirilir. Ancaq nəticədə isə bir xalqın məhvi (Soyqırımı) ilə nəticələnir. Müasir dünyamızda bu müharibə heçdə bir mənalı qarşılanmır. Belə ki, bəziləri müasir dönəmdə o zaman ki Paraqvay dövlət rəhbərini diktator, müharibəni isə həmin totalitar rejimin əməllərinin nəticəsi kimi qiymətləndirir[33][34]. Digər tərəfdən isə bəziləri Lopesin məqsədinin ölkə iqtisadiyyatının davamlığını artırmaq, qonşu dövlətlərinin və dünyanın o zaman ki nəhəng güçlərindən asıllığı aradan qaldırmaq baxımından ən cəsarətli addım hesab edirlər. Müharibə isə kiçik xalqların soyqırımı kimi anılır. Müharibə Paraqvayın Dünyanın qeyri bərabər, nəhəng dövlətlərinə qarşi çıxmaq cədhi kimi də qiymətləndirilir[35][36][37].

Hal-hazırkı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Müharibənin nəticələri Paraqvayın inkişafına öz mənfi təsirini göstərir. Bu müharibənin nəticəsində Paraqvay dünyanın Beynəlxalq aləmdə hər hansı bir söz sahibi olan ölkələri siyahısından birdəfəlik adını çıxarır. Ölkə bu xaosdan çıxmaq və demoqrafik balansı bərpa etmək üçün uzun zaman sərf etməli olur. Bununla belə bu müharibənin fəsadları günümüzdə belə tam aradan qaldırılmayıb. Belə ki, Paraqvay Latın Amerikasının ən kasıb və iqtisadi cəhətdən geri qalmış ölkəsidir[38].

  1. Müharibənin rəsmi göstəriciləri Arxivləşdirilib 2013-07-26 at the Wayback Machine(ing.)
  2. Paraqvay müharibəsi  (ing.)
  3. U. Q. Devis. "Üçlər birliyinin Paraqvayla müharibəsi" Arxivləşdirilib 2014-06-06 at the Wayback Machine
  4. А. Ştençel. "Dəniz döyüşləri və onun taktiki gedişləri". Cənubi Amerika müharibələri 1864–1870.
  5. Х. Vilson. "Döyüşdəki güllə keçməyənlər". Braziliya, Argentina, Uruqvay və Paraqvay — Dəniz döyüşləri, Paraqvay müharibəsi.
  6. Paraqvay müharibəsində çəkilən şəkillər  (ing.)(isp.)
  7. Başlıq "Paraqvay müharibəsi" "Paraqvay ölkəsinin araşdırmaları" kitabından . Vaşinqton, 1988 (ing.)
  8. Paraqvay Müharibəsi  (ing.)(por.)
  9. Paraqvay müharibəsi Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine E. Linkon kitabından "Braziliya" (ing.)
  10. Paraqvay müharibəsində iştirak etmiş Braziliyadan olan zabitləri
  11. Venansio Floresin bioqrafiası  (isp.)
  12. Kabinet başçısı, Hərbi nazir Luis Alvis di Lima və Silva. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  13. Sobre la complicitat de Flores amb el president argentí Bartolomé Mitre, i la invasió a la Banda Oriental Arxivləşdirilib 2008-10-19 at the Wayback Machine (isp.)
  14. Campanha do Paraguay : commando em chefe de S. A. o Sr. Marechal de Exercito, Conde d'Eu – Official Report of the Empire of Brazil 1869 - Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (isp.)
  15. Mapa de la Guerra de la Triple Alianza.  (isp.)
  16. Guerra Guazu Capítulos 1, 2, 3 y 4 sobre la Guerra de la Triple Alianza.  (isp.)
  17. Algo habrán hecho. sobre la Guerra de la Triple Alianza  (isp.)
  18. Guerra Guasú. Documental sobre la guerra realizado por la TV Pública. Argentina. Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine (isp.)
  19. "La Guerra del Paraguay (Visión Argentina)", en LaGazeta.com.ar.
  20. "Causas que provocaron la Guerra contra la Triple Alianza", en InfoLuque.com.py. Arxivləşdirilib 2007-02-13 at the Wayback Machine
  21. "La Guerra del Paraguay", en ElOrtiba.org. Arxivləşdirilib 2014-05-15 at the Wayback Machine
  22. "La guerra de la Triple Alianza en la literatura paraguaya", en NuevoMundo.revues.org.
  23. "Las causas de la guerra", en Historia de las Relaciones Exteriores Argentinas. Arxivləşdirilib 2015-08-08 at the Wayback Machine (isp.)
  24. "La Guerra de la Triple Alianza contra el Paraguay aniquiló la única experiencia exitosa de desarrollo independiente", en PaginaDigital.com.ar. Arxivləşdirilib 2019-03-16 at the Wayback Machine
  25. "La Guerra de la Triple Alianza", en ElHistoriador.com.ar. Arxivləşdirilib 2014-06-05 at the Wayback Machine
  26. "La guerra del Paraguay", en Temakel.com.
  27. "South American Military History", en Reocities.com. Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (ing.)
  1. Richard Francis Burton: "Letters from the Battlefields of Paraguay", p.76 - Tinsley Brothers Editors - London (1870) - Burton, as a witness of the conflict, marks this date as the real beginning of the war. He writes (and it's the most logic account, considering the facts): The Brazilian Army invades the Banda Oriental, despite the protestations of President López, who declared that such invasion would be held a "casus belli".
  2. "Victimario Histórico Militar DE RE MILITARI". 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  3. Testimonios de la Guerra Grande y Muerte del Mariscal López Arxivləşdirilib 2020-03-14 at the Wayback Machine Xulio Sezar Frutos tərəfindən
  4. Ñorairõ Guasu, 1864 guive 1870 peve Arxivləşdirilib 2017-03-03 at the Wayback Machine Quido Rodriques Alkala. Secretaría Nacional de Cultura, 28 may 2011  (isp.)
  5. "www.elhistoriador.com.ar". 2005-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  6. "Historical Statistics of the World Economy: 1-2008 AD by Angus Maddison". 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-22.
  7. PJ O’Rourke, Give War a Chance. New York: Vintage Books, 1992. Page 47.
  8. "Carlos Antonio López" Arxivləşdirilib 2017-08-16 at the Wayback Machine, Library of Congress Country Studies, December 1988. URL accessed December 30, 2005.
  9. "The Encyclopedia of World History Sixth Edition, Peter N. Stearns (general editor), © 2001 The Houghton Mifflin Company, at Bartleby.com, p. 630". 2005-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  10. Robert Cowley, The Reader's Encyclopedia to Military History. New York, New York: Houston Mifflin, 1996. səh 479.
  11. R. Şeyna, Latın Amerikası Müharibələri: Kaudilyo Epoxası, 1791–1899, Dulles, Virginia: Brassey’s, 2003, səh. 313–314
  12. T. Viqvem. Paraqvay müharibəsi, Linson, Nebraska: University of Nebraska Press, 2002, səh. 118
  13. М. А. Senteno, Qan və borç: Latın Amerikasındakı müharibə və milli dövlətlər, University Park, PA: Pennsylvania State University Press, 1957. səh. 55
  14. Böyük Britaniyanın bu məsələdə əli olub-olmaması haqqında birmənalı fikir yoxdur əsasən bəzi ispan dilli mənbələr bunu iddia edir [1] Arxivləşdirilib 2009-02-07 at the Wayback Machine  (isp.)
  15. R. Şeyna, Latın Amerikası müharibələri: Kaudilyo epoxası, 1791–1899, səh. 314
  16. R. Şeyna, Latın Amerikası Müharibələri: Kaudilyo Epoxası, 1791–1899, səh. 313
  17. R. Şeyna, Latın Amerikası Müharibələri:Kaudilyo Epoxası, 1791–1899, səh. 315–317
  18. R. Şeyna, Latın Amerikası Müharibələri: Kaudilyo Epoxası, 1791–1899, səh. 318
  19. R Şeyna, Latın Amerikası Müharibələri: Kaudilyo Epoxası, 1791–1899, səh. 319
  20. "La Guerra del Paraguay (1865 y 1870)". 2008-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-12.
  21. R. Şeyna, Latın Amerikası Müharibələri:Kaudilyo Epoxası, 1791–1899, səh. 320
  22. Ozariunun Kaşiasla əvəzlənməsinin səbəbi onun Mitre ilə konflikti olmuşdur
  23. Digər ehtimallara görə, Lopesin son sözləri bu cür olmuşdur "Mən Vətənlə bir yerdə ölürəm" (isp. «¡Muero con la Patria!»); Azərbaycan dilinə tərcümə etdikdə "Mən vətənimlə bir yerdə ölürəm" kimi səslənir
  24. Y. Meyster, Fransisko Solano Lopes: mili qəhrəman yoxsa hərbi cinayyətkar?, Osnabrück: Biblio Verlag, 1987. səh. 345, 355, 454–455
  25. "War of the Triple Alliance". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  26. B. Farvell, Əsrin hərbi əməliyyatlarının ensiklopediyası , New York: WW Norton, 2001. səh. 824
  27. İtki haqda digər bir məlumatı D. S. Cordan verir (Müharibə və növlər, səh. 164. Boston, 1915) və P. Popenoe (Genetikanın quruluşu, The Macmillan Company, New York, 1918). Onun araşdırmasına görə, ölkə əlalisinin sayı 1 337 437 nəfərdən 221 709 nəfərə qədər azalmışdır (28 746 kişi, 106 254 qadın və 86 079 uşaq)
  28. "Arxivlənmiş surət". 2015-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-22.
  29. "Treaty of friendship and co-operation 4 December 1975" (PDF). 2021-06-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-10.
  30. "Х. Кrааy, «Uniforma altında qorunma: Braziliya ordusu və qullar, 1800—1888», Sosial Tarix Jurnalı, payız 1996". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-12.
  31. Ignacio Córdova, Felipe Medina, Jorge Morales, Patricio Ríos, Felipe Sanzana, Raymond Valenzuela. Amor Libre: consecuencia de la post-guerra de la triple alianza.. — Сантьяго: Universidad Alberto Hurtado. Facultad de Filosofía y Humanidades., 2012.
  32. "gojaba.com". 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-23.
  33. V. Skuratovskiy. SSRİ və Paraqvay-XIX Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine
  34. Andrey Pavloviç. Ducedən Türkmənbaşına qədər. Kiçik ölkələrin böyük diktatorları Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine // günləlik "Delo" qəzeti, Sankt-Peterburq 31.01.2005
  35. Y. Nersesov. Demokratiya naminə soyqırım Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine
  36. "«Siz tarixi bilirsinizmi?»". 2007-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-12.
  37. "Maskim Kalaşnikov,Yuriy Kupcov. «Qvef orka», «Paraqvay variantı»". 2009-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-12.
  38. Blinn Reber, Vera. Yerba Mate in Nineteenth Century Paraguay, 1985
  • Кондратьев, Вячеслав Игоревич. 16 // Великая Парагвайская война (rus). Пятый Рим. 2018. səh. 288. ISBN 978-5-9500936-3-0.
  • Page, Robert W. The Paraguayan War. // Military Review. — September 1963. — Vol. 43 — No. 9. (ing.)
  • Abente, Diego. "The War of the Triple Alliance". Latin American Research Review. 22 (2). 1987: 47–69.
  • Amerlan, Albert. Nights on the Río Paraguay: Scenes on the Paraguayan War and Charactersketches. Buenos Aires: Herman Tjarks and Co. 1902.
  • Box, Pelham Horton. The origins of the Paraguayan War. New York: Russel & Russel. 1967.
  • Burton, Richard Francis. Letters from the Battlefields of Paraguay. London: Tinsley Brothers. 1870.
  • Cancogni and Boris. Il Napoleone del Plata (The Napoleon of the Plate) (Italian). Milano: Rizzoli Editores. 1972.
  • Cunninghame Graham, Robert Bontine. Portrait of a Dictator: Francisco Solano López. London: William Heinemann Ltd. 1933.
  • Doratioto, Francisco. Maldita guerra: nova história da Guerra do Paraguai. Companhia das Letras. 2003. ISBN 978-85-359-0224-2. İstifadə tarixi: 19 June 2015.
  • Hardy, Osgood. "South American Alliances: Some Political and Geographical Considerations". Geographical Review. 8 (4/5). Oct 1919: 259–265. doi:10.2307/207840. ISSN 0016-7428.
  • Herrera, Luis Alberto. El Drama del 65: La Culpa Mitrista. Buenos Aires - Montevideo: Edición Homenaje. 1943.
  • Hooker, Terry D. The Paraguayan War. Nottingham: Foundry Books. 2008. ISBN 1-901543-15-3.
  • JACEGUAY, "A Guerra do Paraguay: reflexões críticas sobre as operações combinadas da esquadra brasileira e exércitos aliados". In, JACEGUAY, baron de & OLIVEIRA DE FREITAS, Carlos Vidal. Quatro séculos de atividade marítima: Portugal e Brasil. Imprensa Nacional, 1900
  • Kolinski, Charles J. Independence or Death! The story of the Paraguayan War. Gainesville, Florida: University of Florida Press. 1965.
  • Kraay, Hendrik; Whigham, Thomas L. I Die with My Country: Perspectives on the Paraguayan War, 1864–1870. Dexter, Michigan: Thomson-Shore. 2004. ISBN 978-0-8032-2762-0.
  • Leuchars, Chris. To the Bitter End: Paraguay and the War of the Triple Alliance. Westport, Connecticut: Greenwood Press. 2002. ISBN 0-313-32365-8.
  • Marley, David. Wars of the Americas. Santa Barbara: ABC-CLIO. 1998. ISBN 0-87436-837-5.
  • Mellid, Atilio García. Proceso a los Falsificadores de la Historia del Paraguay (2 vols.) (Spanish). Buenos Aires: Ediciones Theoría. 1959.
  • Nabuco, Joaquim. La Guerra del Paraguay (Spanish). Buenos Aires: Ediciones Garnier. 1901.
  • O'Leary, Juan. Recuerdos de Gloria: Artículos Históricos sobre la Guerra de la Triple Alianza (Spanish). Asunción: Servilibro. 2011.
  • Peñalba, José Alfredo Fornos. "Draft Dodgers, War Resisters and Turbulent Gauchos: The War of the Triple Alliance against Paraguay". The Americas. 38 (4). Apr 1982: 463–479. doi:10.2307/981208. JSTOR 981208.
  • Pomer, León. La Guerra del Paraguay: Estado, Política y Negocios (Spanish). Buenos Aires: Editorial Colihue. 2008.
  • Rosa, José María. La Guerra del Paraguay y las Montoneras Argentinas (Spanish). Buenos Aires: Editorial Punto de Encuentro. 2008.
  • Salles, Ricardo. Guerra do Paraguai: Memórias & Imagens (Portuguese). Rio de Janeiro: Bibilioteca Nacional. 2003.
  • Scheina, Robert. Latin America's Wars: The Age of the Caudillo, 1791–1899. Dulles, Virginia: Brassey's. 2003.
  • Shaw, Karl. Power Mad! (Czech). Praha: Metafora. 2005 [2004]. ISBN 978-80-7359-002-4.
  • Thompson, George. The War in Paraguay: With a historical sketch of the country and its people and notes upon the military engineering of the war. London, England: Longmans and Green Co. 1869.
  • Vasconsellos, Victor N. Resumen de Historia del Paraguay. Delimitaciones Territoriales. Asunción, Paraguay: Industria Grafica Comuneros. 1970.
  • Washburn, Charles. The history of Paraguay : with notes of personal observations, and reminiscences of diplomacy under difficulties (2 vols). Lincoln, Nebraska: University of Nebraska Press. 1871.
  • Weisiger, Alex. Logics of War: Explanations for Limited and Unlimited Conflicts. Ithaca, New York: Cornell University Press. 2013. ISBN 9780801468162.
  • Whigham, Thomas. The Paraguayan War. Lincoln, Nebraska: University of Nebraska Press. 2002.
  • Whigham, Thomas L. The Paraguayan War: Causes and Early Conduct. 1. Lincoln, Nebraska: University of Nebraska Press. 2002. ISBN 978-0-8032-4786-4.
  • Williams, John Hoyt. "The Undrawn Line: Three Centuries of Strife on the Paraguayan-Mato Grosso Frontier". Luso-Brazilian Review. University of Wisconsin Press. 17 (1). 1980: 17–40. JSTOR 3513374.
  • Williams, John Hoyt. "The Battle of Tuyuti". Military History. 17 (1). April 2000: 58.
  • Wilson, Peter. "Latin America's Total War". History Today. 54 (5). May 2004. ISSN 0018-2753.