Xose Luis Arteçe Mugire (isp. José Luis Artetxe Muguire; 28 iyun 1930[1] – 19 mart 2016[2]) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu.
Xose Luis Arteçe | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. José Luis Artetxe Muguire | ||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Doğum tarixi | 28 iyun 1930[1] | |||||||||||||||||||||||||||
Vəfat tarixi | 19 mart 2016[2] (85 yaşında) | |||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
Biskaya vilayətinin Alqorta şəhərində anadan olan Arteçe 1950-ci ildə "Deportivo Geço"dan "Atletik Bilbao"ya keçdi. O, 16 illik karyerasının qalan hissəsini elə sonuncuda keçirtdi. 10 sentyabrda ev stadionunda baş tutan və 4–0 hesablı qələbə ilə bitən ilk La Liqa oyununu "Atletiko Madrid"ə qarşı keçirtdi.
1955-56 mövsümündə Arteçe 24 oyuna 15 qol vuraraq komandasının tarixindəki altıncı liqa çempionluğunu qazanmasına öz töhfəsini verdi. Bask klubunun formasıyla 274 oyuna 105 qol vura bilmişdir və 3 dəfə Kopa del Generalísimo trofeyini qazandı; 35 yaşında karyerasını bitirən Arteçe klub tarixinin ən çox qol vuran oyunçulardan biri olaraq qalır.[3]
Arteçe 5 il ərzində millinin heyətində cəmi 6 dəfə çıxış edə bilmişdir. 17 mart 1954-cü ildə 1954 FİFA Dünya Kubokunun kvalifikasiya mərhələsi çərçivəsində keçirilən onun ilk oyunu Türkiyə millisinə qarşı oldu. 2–2 heç-heçə hesabı ilə bitən və neytral meydanda keçirilən oyunda ilk qolu o, vurmuşdur;[4] həmin oyun iki ölkə arasında keçirilən artıq 3 oyun idi və sonda püşkatmadan sonra növbəti mərhələyə rəqib komanda yüksəldi.[5]
Arteçe 85 yaşında 19 mart 2016-cı ildə doğma şəhərində vəfat etdi.
Atletiko Bilbao