Xose Manuel Peres

Xose Manuel Peres de Veqa (isp. José Manuel Pérez de Vega; 10 may 1947, Valensiya) — İspaniya bobsleyçisi. 1968 Qış Olimpiya Oyunlarında iştirakçı, 1970 Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur.

Xose Manuel Peres
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 10 may 1947(1947-05-10) (77 yaş)
Doğum yeri
Boyu 177 sm[1]
Çəkisi 75 kq[1]
İdman növü Bobsley

Xose Manuel Peres 10 may 1947-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur.

1968-ci ildə Qrenoblda keçirilən Qış Olimpiya Oyunlarında İspaniya milli komandasına daxil edilmişdir. İki nəfərlik yarışda Xose Mariya Palomo ilə birlikdə dörd yarışın yekununda 4 dəqiqə 51,16 saniyə nəticə göstərmiş, qızıl medal qazanan İtaliya təmsilçiləri Eucenio Monti və Luçano de Paolisə 10,62 saniyə fərq ilə uduzaraq 12-ci yeri tutmuşdurlar.[2] Gilyermo Rosal, Nestor Alonso və Antonio Martinin də daxil olduğu ispaniyalı ekipaj dördlük yarışında iki qaçış üzrə 2:24,32 hesabı ilə qalib İtaliya komandasından 6,93 saniyə geri qalaraq sonuncu, yəni 19-cu olmuşdur.[3]

  1. 1 2 Olympedia (ing.). 2006.
  2. "Olympedia – Two, Men". www.olympedia.org. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
  3. "Olympedia – Four, Men". www.olympedia.org. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.