Xose Mariya Fenollera e İbanes (isp. José María Fenollera e Ibáñez; 10 dekabr 1851, Valensiya – 6 dekabr 1918, Santiaqo de Kompostela) — İspaniya rəssamı. O, daha çox portretləri ilə tanınır.
Xose Mariya Fenollera | |
---|---|
Doğum tarixi | 10 dekabr 1851 |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 1918 (66 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam |
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
Xose Mariya Fenollera e İbanes 10 dekabr 1851-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. O, San Karlos Kral İncəsənət Akademiyasıda təhsil almışdır. Fenollera 1872–1877-ci illərdə Romada yaşamışdır. Bundan sonra o, Parisə getmiş, burada fotoqravüra texnikasını öyrənmişdir. Fenollera nəhayət Madriddə məskunlaşmışdır. Fenollera 1887-ci ildə Santiaqo-de-Kompostelaya köçüşdür. Burada o, İncəsənət Məktəbində professor kimi özünü təsdiq etmiş və Qalisiya regionalizmi hərəkatının nümayəndəsi olmuşdur. Fenollera, ilk növbədə, Qalisiya zadəganlarının portretlərini çəkirdi. O həmçinin, Ölkə Dostlarının İqtisadi Cəmiyyətinin prezidentləri haqqında, daha sonra Santiaqo-de-Kompostela Universitetində bir sıra əsərlər çəkmişdir. 1890-cı ildə Qalisiya zadəganlarından olan Konsuelo Velon-i-iQonsales-Pardo ilə evlənmişdir.[1][2]