Xosrov Ramazan oğlu Mustafayev (kürd. Xisro Mistefayêv) (ləqəbi: Musto;[1] 27 noyabr 1957, Yengicə, Mikoyan rayonu – 6 noyabr 2012, Puta)) — Azərbaycan hərbçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü, Qarabağ müharibəsinin iştirakçısı.
Xosrov Mustafayev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 noyabr 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2012 (54 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Xüsusi Təyinatlı Polis Dəstəsi |
Döyüşlər |
Xosrov Mustafayev 27 noyabr 1957-ci ildə Ermənistan SSR-nin Yengicə kəndində, bir kürd ailəsində anadan olmuşdur.[2] O, Goranboydakı 157 saylı briqadanın komandir müavini olmuşdur.[3] O, 1 yanvar 1994-cü ildə[4] və 5 oktyabr 1994-cü ildə[5] "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Xosrov Mustafayev 24 yanvar 2006-ci ildə hər iki ordendən məhrum edilmişdir.[6]
Xüsusi Təyinatlı Polis Dəstəsi olan Xosrov Mustafayev 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhddə iştirakına görə həbs edilmişdir. O, 6 noyabr 2012-ci ildə cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmət 13 saylı cəzaçəkmə müəssisəsində vəfat etmişdir.[3]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |