Xuçni qalası

Xuçni qalası və ya Yeddi qardaş, bir bacı qalasıDağıstan Respublikası Tabasaran rayonunun inzibati mərkəzi olan Xuçnidən 1–2 km şimalda, dərənin üstündə hündür sıldırım təpədə orta əsrlərdə inşa edilmiş qala.

Xuçni qalası
Qalanın üstdən görünüşü
Qalanın üstdən görünüşü
Xəritə
41°57′51″ şm. e. 47°57′24″ ş. u.
Ölkə Rusiya Rusiya
Yerləşir Dağıstan Tabasaran rayonu, Xuçni kəndi
Tikilmə tarixi VII-VIII əsrlər
Material qabıq daşı
Vəziyyəti fəaliyyət göstərmir
TipiMədəni
DövlətRusiya
RegionAvropa
KateqoriyaQala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müxtəlif mənbələrə görə, qalanın tikintisinin başlanğıcı eramızın VII–VIII əsrlərinə təsadüf edir. Qalanın tikildiyi materiallar (qabıq daşı) qalanın Dərbənd qalası ilə nisbətən eyni vaxtda tikildiyini deməyə əsas verir.

Qala xüsusi qaydada tikilib — kənardan çox möhkəm, monolit görünür. Divarların qalınlığı 2 metrdən artıqdır.[1] Uzun illər keçməsinə baxmayarq, hələ də yaxşı vəziyyətdədir. Qala daxili boşluqlar da qorunub saxlanılmışdır. Qala tikilən zaman ikimərtəbəli olmuşdur. Lakin uzun illər ərzində birinci mərtəbə demək olar ki, tamamilə torpaqla örtülmüşdür. Bu səbəbdən kənardan baxdıqda qala içəridən daha yüksək görünür. Qalanın Dərbənd qalası ilə oxşarlığı bu qalanın da müdafiə məqsədi ilə tikildiyini güman etməyə əsas verir. Üstəlik coğrafi cəhətdən hündürdə yerləşməsi onu hücum edənlərə qarşı əlçatmaz etmişdir. Qalanın inşa texnologiyası və bu zaman istifadə olunan tikinti materiallarının analizi onu Sasani dövrü memarlığına aid etməyə imkan verir.

Qala tarixi əhəmiyyətə malik olduğundan dövlət tərəfindən maddi irs kimi qorunur. Yol qırağında yerləşdiyindın qalaya gələn ziyarıtçilərin sayı həddən çoxdur. Turizm marşurutlarının siyahısında qala əhəmiyyətli yer tutur. Hündür sıldırım bir təpənin üzərində yerləşən, qala 1300 illik tarixi gizlədir və təkcə yuxarıdan mənzərəli mənzərəsi ilə deyil, həm də qədim əfsanəsi ilə turistləri özünə cəlb edir.

Qala haqqında bir çox rəvayətlər mövcuddur. Belə ki, yerli əhali olan tabasaranlılar arasında belə bir rəvayət var ki, bir vaxtlar bu qalada yeddi qəhrəman qardaş və bir gözəl bacı yaşayıb. Qardaşlar şanlı döyüşçü idilər və qonşu kəndləri qoruyurdular. Bu rəvayətə görə qalanın bi adı da Yeddi qardaş və bir bacı qalasıdır.

Sasanilər Tabasaran torpağına basqın etdilər (digər versiyalara görə, monqollarərəblər də var), lakin onlar qalanı ələ keçirə bilmədilər. Bu səbəbdən də Tabasaran torpaqlarına keççəyə müvəffəq ola bilmədilər.[2]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • Qala Dağıstanın Gənclər Siyasəti Nazirliyinin dəstəyi ilə çəkilmiş Dağıstanın yeni himni üçün hazırlanmış videoçarxın ən əvvəlində göstərilir.[3]
  • 2017-ci ildə Mahaçqalada Dağıstanın aparıcı memarları, heykəltəraşları və dizaynerləri "Miniatürdə Dağıstan" model parkı yaradıblar. Bu qala onun miniatürlərinin sayına daxil edilmişdir.[4]
  1. "Кусочек Сахары в сердце Евразии. Планы на лето: Дагестан / Радиостанция "Вести FM" Прямой эфир/Слушать онлайн" (rus). radiovesti.ru. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  2. "Путешествие УАЗа в страну гор. Часть III 90 — Журнал «4х4 Club»" (rus). media.club4x4.ru. 2017-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  3. "Минута, достойная гимна". Dagpravda.ru. 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  4. "«Дагестан в миниатюре» создадут в столице региона". www.dag.aif.ru. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]