Xuan Alberto Skyaffino

Xuan Alberto "Pepe" Skyaffino Villano (it. Juan Alberto "Pepe" Schiaffino Villano; 28 iyul 1925[1][2][…], Montevideo13 noyabr 2002[3][4], Montevideo) ― hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyində oynamış İtaliya və Uruqvay oyunçusu. Yüksək bacarıqlı və yaradıcı oyunu ilə seçilən Skyaffino klub səviyyəsində Uruqvayın "Penyarol" və İtaliyanın "Milan" və "Roma" klublarında çıxış etmişdir. Milli komanda səviyyəsində o, Uruqvay millisinin heyətində 1950 FİFA Dünya Kubokunun qalibi olmuş və 1954 FİFA Dünya Kubokunda iştirak etmişdir, daha sonra o, İtaliya milli komandasının şərəfini qorumuşdur.[5][6][7][8]

Xuan Alberto Skyaffino
it. Juan Alberto Schiaffino
Canni Riveranın yanında Skyaffino (solda), 1960-cı il
Canni Riveranın yanında Skyaffino (solda), 1960-cı il
Ümumi məlumatlar
Doğum tarixi 28 iyul 1925(1925-07-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 noyabr 2002(2002-11-13)[3][4] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Boyu 175 sm
Çəkisi 69 kq
Mövqeyi hücumameyilli yarımmüdafiəçi/Hücumçu
Karyerası
Klub karyerası[* 1]
1943–1954 Penyarol 227 (88)
1954–1960 Milan 149 (47)
1960–1962 Roma 39 (3)
Cəmi 415 (138)
Milli yığma[* 2]
1946–1954 Uruqvay 21 (9)
1954–1958 İtaliya 0 (0)
Məşqçisi olduğu klublar
1974–1975 Uruqvay
1975–1976 Penyarol
Təltif və medalları
Dünya Kuboku
 
Qızıl 1950 Braziliya

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BFTSF-nın keçirdiyi sorğuya əsasən, o, bütün dövrlərin ən yaxşı Uruqvay futbolçusu və iyirminci əsrin ən yaxşı 17-ci futbolçusu seçilmişdir.[9]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Doğma Uruqvay çempionatında çıxış edən "Penyarol"da keçirtdiyi səkkiz uğurlu ildən sonra Skyaffino 1954-cü ilin sentyabr ayında Seria A təmsilçisi "Milan" klubuna o vaxt üçün rekord məbləğ olan 52 milyon lirə qiymətinə transfer olundu.[7] O, "Milan"ın heyətində 171 oyun 60 qol vurmuş və 1958 Çempionlar Kuboku finalında oynamışdır, hansında ki italyan klubu "Real Madrid"ə 2–3 hesabı ilə (əlavə vaxt) məğlub oldu. Nils LidholmQunnar Nordal kimi xarici ulduzların üstünlük təşkil etdiyi "Milan" klubunun ən vacib hücumçularından biri idi. Skyaffino klubla birgə 1955, 1957 və 1959 İtaliya çempionatı mövsümlərinin qalibi oldu.[10] Skyaffino "Roma" klubuna keçid etdiyindən "Milan"dan ayrıldı. Paytaxt klubunda o, iki mövsüm keçirdikdən sonra oyunçu karyerasını başa vurdu.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Skyaffino iki ölkənin milli komandalarında oynamışdır. Əvvəlcə 1946–1954-cü illərdə çıxış etdiyi Uruqvay komandası ilə, daha sonra 1954-1954-cü illərdə İtaliya milli komandası ilə. Onun babası Genuya əyalətindən liquriyalı idi.[7]

Uruqvayın heyətində o, 21 oyuna 9 qol vurdu, İtaliya forması ilə isə cəmi dörd oyun keçirtdi. Skyaffino Uruqvayın 1950 Dünya Kubokunda qələbəsində fəal iştirak etmişdir; Marakana stadionunda Braziliyaya qarşı keçirilən final oyununda o, bir qolun müəllifi oldu. 1954 FİFA Dünya Kubokunda isə o, komandası ilə 4-cü yeri tuta bildi.[10]

Xuan Alberto Skyaffino 13 noyabr 2002-ci ildə vəfat etmişdir. O, Montevideo şəhərinin Sementerio del Buseo qəbirstanlığında dəfn edilmişdir.[11]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Penyarol

  • Uruqvay Primera Divizyonu (Uruqvay çempionatı): 1949, 1951, 1953, 1954

Milan[12]

Roma

Milli komanda səviyyəsində

[redaktə | mənbəni redaktə et]

Uruqvay

  1. 1 2 Juan Alberto Schiaffino // FBref (çd.).
  2. 1 2 JUAN ALBERTO SCHIAFFINO // Argentine Soccer Database (isp.).
  3. 1 2 https://www.national-football-teams.com/player/18387/Juan_Alberto_Schiaffino.html.
  4. 1 2 3 4 Authority file of the National Library of Uruguay (isp.).
  5. "Schiaffino Juan Alberto" (italyan). Enciclopedia del Calcio. 18 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2016.
  6. Sebastiano Vernazza. "Addio geniale Schiaffino" (italyan). La Gazzetta dello Sport. 14 November 2002. 24 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2015.
  7. 1 2 3 Fabio Bianchi; Gaetano Imparato; Alberto Cerruti. "Aveva il senso della squadra" (italyan). La Gazzetta dello Sport. 14 November 2002. 24 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2017.
  8. "Juan Alberto SCHIAFFINO" (italyan). www.magliarossonera.it. 30 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2017.
  9. 1 2 3 "IFFHS' Century Elections". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  10. 1 2 3 "Schiaffino, legend on two continents". FIFA.com. 15 February 2012. 23 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 February 2021.
  11. "Farewell to a big one" (ispan). LR21. 15 November 2002. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2021.
  12. 1 2 "A.C. Milan Hall of Fame: Juan Alberto Schiaffino". acmilan.com. 25 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2015.
  13. "FIFA World Cup All-Star Team – Football world Cup All Star Team". Football.sporting99.com. 30 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 June 2012.
  14. "World Soccer Players of the Century". World Soccer. 4 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2014.
  15. "IFFHS announce the 48 football legend players". IFFHS. 25 January 2016. 24 September 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  16. "IFFHS (International Federation of Football for History & Statistics". iffhs.de. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]